Qətərdə COVID-19-a yoluxma sayının artması səbəbindən qapalı yerlərdə maska taxmaq məcburi olub.
Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda COVID-19 üzərində işləyən İctimai Səhiyyə Şurası bu gün Nazirlər Şurasına təqdimat edib.
Baş verənləri qiymətləndirən Nazirlər Kabineti sabahdan etibarən qapalı yerlərdə maska taxmağın məcburi olacağına qərar verib.
Bildirilib ki, yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən maska tələbi xəstəxanalar, ictimai nəqliyyat vasitələri, məscidlər, idman zalları, ticarət mərkəzləri, mağazalar və kinoteatrlar kimi bağlı yerləri əhatə edir.
Qeyd edək ki, may ayında Qətərdə maska taxmaq öhdəliyi götürülmüşdü.
Orqanik.az