Bu ölkədə pedofillər axtalanacaq – Yeni qanun

Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib.
“Medicina” xəbər verir ki, Qırğızıstan Milli Məclisinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Milli Məclisin Daxili Nizamnaməsi komitəsində “cinsi zorakılığa” görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun müzakirə edilib.

Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin sözügedən komitəsində qəbul edilib.

Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasını nəzərdə tutduğunu bildirib.

Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, məhbusun azadlığa çıxmasına 6 ay qalmış axtalanmasını təklif edib.

Təklif Assambleyanın Baş Assambleyasında müzakirə edildikdən sonra təsdiq olunarsa, qanuna çevriləcək. /publika.az/

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.