Nar şirəsi cinsi gücü artırır.
Orqanik.az “Milliyet”ə istinadla bildirir ki, 53 nəfər arasında aparılan araşdırmaya görə 1 ay boyunca gündəlik olaraq nar şirəsi içən kişilərin digərlərinə nisbətən daha artıq cinsi gücə malik olduqları təsdiqlənib.
Belə ki, nar cinsiyyət orqanına qan axışını artırır. Onun tərkibindəki antioksidanlar cinsi gücü artıran dərmanlar kimi damarları genişlədən nitrik oksit səviyyəsinə təsir edir.
Həmçinin, nar şirəsi ürək xəstəlikləri riskini azaldır, prostat xərçənginin qarşısını alır.
Qeyd edək ki, nar qədim tarixlərdə Yunanıstanda çoxalmağın simvolu hesab olunurdu.
İsmayıl
Orqanik.az