Rusiyalı dietoloq tibb elmləri namizədi Oksana Panova arıqlamaq istəyənlərə şam yeməyində meyvələrdən imtina etməyi məsləhət görüb.
Orqanik.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun açıqlamasını “Gazeta.Ru” təqdim edib:
“Xüsusilə yüksək glisemik indeksi olan qidalar: banan, üzüm, şirin alma”.
Mütəxəssis izah edib ki, bu meyvələrin tərkibində çoxlu miqdarda təbii şəkər var ki, bu da qanda insulinin səviyyəsini artırır və çəki artımına kömək edir.
Panova, 18:00-dan sonra şirin meyvələrdən tamamilə imtina etməyi və şəkərsiz olanların istifadəsini məhdudlaşdırmağı tövsiyə edib.
Orqanik.az