Bu Məsləhətlər Mətbəxdə İşinizə Çox Yarıyacaq

Kiçik görünən bəzi praktik məlumatlar əslində həyat üçün olduqca əhəmiyyətlidir və həyatı asanlaşdırır. Evdar.az həyatımızı asanlaşdıran mətbəxə dair praktik məlumatları və işinizə yarıyacaq tövsiyyələri təqdim edir.

  • Tort, pudinq və dondurmanı incə şokolad dilimləriylə bəzəmək istəsəniz şokoladı dilimləmək üçün tərəvəz soyucudan istifadə edin.
  • Biskvit və peçenye xəmirini rənglənmək üçün qida boyası istifadə etdikdə əlləriniz rəngə batır. Əliniz rəng olmasın deyə hazırladığınız xəmiri soyuducu paketinə qoyub boyanı damcıladın və paketi sıxaraq rəng bərabər qarışanadək yoğurun.
  • Keks hazırladıqda məhsulları qarışdırdığınız qaşığa xəmir yapışa bilər. Bununçün qarışdırmazdan əvvəl qaşığı südə batırın ki, xəmir yapışmasın.
  • Ağzı dar şüşələri təmizləmək üçün bir az su, yuyucu vasitə və bir qaşıq düyü töküb çalxalayın.
  • Dondurmanı qaba qoymazdan əvvəl qaşığı suya batırdıqdan sonra dondurmanı götürün. Suya batırılmış qaşıq dondurmanı qaşığa yapışdırmayacaq və hamar çıxacaq.
  • Bıçaqınız paslanıbsa, soğanın yarısının üzərinə şəkər kirşanı səpin və bıçaqı bununla ovun. Ləkə keçməzsə eyni soğana karbonat səpib ovun.
  • Şüşə qırıqlarını şəffaf yapışqan bant (skoç) iki ucundan tutaraq toplasanız əlinizə şüşə batmaz. Görə bilmədiyiniz kiçik şüşə qırıqlarını da yaş pambıqla asanca yığa bilərsiniz.
  • Xəmir işlərindən sonra mətbəx dəzgahını təmizləmək üçün bir az duz səpib nəmli bezlə silin.
  • Pendirin kəsik kənarlarına kərə yağı sürtsəniz sərtləşib qurumaz.
  • Peçenyelərinizin zamanla bərkiməməsi üçün, qapağı çox yaxşı bağlanan tənəkə bir qutuda, yanlarına bir iki dilim alma əlavə edərək saxlayın. Beləcə peçenyelər uzun müddət təzə qalıb sərtləşməz.
  • Peçenyeləri və biskvitləri qoyduğunuz qutuya bir neçə ədəd qənd qoysanız uzun müddət təzə qalar.
  • Quruyan, bayat çörəkləri kiçik kub şəklində doğrayıb sonra sobada ya da tavada yağda qızardın. Beləcə soyuducunuzda saxlayıb şorbalarınızda istifadə edə biləcəyiniz xırçıldayan çörəkləriniz hazırdır.
  • Buz qəliblərinizi su ilə doldurmazdan əvvəl bölmələrə portağal, limon, dilədiyiniz meyvə parçacıqları ya da qəhvə yerləşdirsəniz dadı xoş və dekorativ buzlar əldə etmiş olarsınız.
  • Qoz və və quru yemişlərin qabıqlarını atmayıb manqal yandırmaq üçün istifadə edə bilərsiniz.
  • Qəhvə qabına bir ədəd qənd atsanız qəhvəniz köhnəlməz.
  • ​Paket çayları içdikdən sonra çiçəklərinizin saxsısına qoya bilərsiniz. Beləcə çiçəkləriniz susuz qalmaz. Paketləri bir neçə gündən bir dəyişdirmək lazımdır.
  • Yumurtalar iti tərəfləri aşağı gələcək şəkildə bağlı bir qabda saxlanmalıdır. Beləcə daha uzun müddət təzəliyini qoruyar və digər yeməklərin qoxusunu çəkməz.
  • Çatlayan yumurtanın çatlaq olan yerinə limon suyu sürtüb yumurtanı saxlaya bilərsiniz.
  • Yumurtanın təzə olub olmadığını yoxlamaq üçün soyuq duzlu su dolu bir kasaya atın. Yumurta dibə çöksə təzədir, suyun səthinə çıxarsa boyatdır.
  • Yumurta qaynatdığınız suyu tökməyin. İçindəki minerallar son dərəcə faydalıdır. Bu suyu soyutduqdan sonra, çiçəklərinizi sulaya bilərsiniz. Çiçəklərinizin çox daha canlı və sağlam olduğunu fərqinə varacaqsınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.