Bu Məqaləni Oxuduqdan Sonra Banan Qabığını Atmayacaqsınız

Araşdırmalar sübut edib ki, 2 ədəd banan insanı saat yarımlıq intensiv məşq üçün lazım olan enerjiylə təmin edir. Məhz buna görə də banan idmançılar arasında belə bir şöhrətə malikdir. Bunlardan başqa, bananda xoşbəxtlik hormonu adlandırılan endofrin var. Ancaq siz bilirsiniz ki, yalnız bananın ləti faydalı deyil?

Əmin olun ki, bu məqaləni oxuyandan sonra siz daha heç vaxt bananın qabığını atmayacaqsınız. Evdar.az banan qabığıyla nələr etmək olar haqqında məlumatı təqdim edir.

Suyun təmizlənməsi üçün ondan istifadə etmək olar.
Banan qabığı insan orqanizmi üçün faydalı olmayan qurğuşun və misi udur. Belə ki, bu əla təbii filtrdir. Banan qabığını sadəcə suyun içində bir müddət saxlayın.

Otaq bitkiləri üçün bu əla gübrədir.
Adi suda cəmi bir sutka saxlayın, sizin gülləri lazımlı mikroelementlərlə və enerji ilə təmin edəcək bir vasitədir.

Banan qabığı mükəmməl gümüş ağardır!
Blenderlə banan qabığını az suyla əzin. Bu məcunla qaşıq və çəngəlləri sürtün, gözünüzün qarşısında gümüşlərin necə ağardığını görəcəksiniz .

Banan qabığı təbii yağ və fermentlər ehtiva edir, yanıqları, sancmaları, sıyrıqlar və cızıqları bir xeyli yüngülləşdirməyə,həmçinin yaraların sağalmasına kömək edir. Zədələnmiş yerə qabığın iç tərəfini qoymaq kifayətdir. Ziyili də çıxarmaq üçün tövsiyə olunur. Ziyilin üzərinə banan qabığını qoyun ki, onlar tamamilə itsin.

Banan qabığı psoriaz və bu kimi xəstəliklərin simptomlarını yüngülləşdirmək üçün faydalıdır. Bu halda banan qabığını zədələnmiş sahələrə sürtün. Çox tezliklə ağrıların çəkildiyi hiss olunacaq. Həmin üsulla uqrilərlə mübarizə aparmaq olar. Qeyd edək ki, ümumilikdə banan qabığı dərini yaxşı qidalandırır və nəmləndirir, belə ki, bir çox qadınlar cavanlaşmaq üçün ondan istifadə edirlər.

Banan qabığı köməyi ilə dişlərinizi ağartmaq mümkündür. Burada mineral kütləsi var: kalium, kalsium, maqnezium, manqan və fosfor kimi diş minasına ağardıcı kimi fəaliyyət göstərir. Dişlərinizi pastayla təmizlədikdən sonra iki dəqiqə ərzində banan qabığıyla sürtün. Nəticəni gözləməyə ehtiyac qalmır!

Banan qabığının tərkibində təbii yağlardan başqa , həm də mum var. Həmçinin siz ayaqqabı kremi əvəzinə onu istifadə edə bilərsiniz. Öz sevimli ayaqqabınızı qabıqla ovuşdurun, sonra isə adi üsulla onları cilalayın. Sizi əmin edirik yaxşı mənada təəccüb edəcəksiniz!

Məlumdur ki, banan kaliumla zəngindir, ancaq banan qabığında çoxlu kalium var. Arıqlamaq üçün bu gözəl vasitədir, çünki kalium metabolizmi sürətləndirir, daha çox yağları yandırır. Banan qabığından alma, darçın və buz əlavə edərək püre edin .Sübut olunub ki, belə pürenin istifadədindən sonra orqanizmdə serotonin və dopamin səviyyəsi artır.

Banan, xərçəng kimi ümidsiz xəstəliyə qarşı mübarizədə kömək edə bilər. Məsələn, banan qabığı orqanizmin ümumi müqavimətini artıran ağ qan hüceyrələrinin yaranmasına səbəb olur. Siz püre və ya bananlı çay halında istifadə edə bilərsiniz. Banan qabığını 10 dəqiqə ərzində qaynadıb bal əlavə edin. İstənilən halda, bu, faydalı içkidir.

Toyuq filesinin təzə və yumşaq qalması üçün banan qabığından istifadə edə bilərsiniz. Toyuğu manqala banan qabığıyla birlikdə qoyun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.