Ana olmağa hazırlaşan qadınların şübhəli qaldığı məqamlardan biri də hamiləlik zamanı zəncəfildən istifadə edib-etməməkdir.
Publika.az xəbər verir ki, bir çox dərdin dərmanı kimi əsrlərdir istifadə olunan zəncəfil hər zaman olduğu kimi, hamiləlik dövründə də sağlamlıq baxımından bir çox sayda verir.
Xalq arasında yayılan rəvayətə görə, hamiləlik zamanı zəncəfildən istifadə etmək uşağa ziyan verir. Lakin mütəxəssislər bunun tam əksini bildirir. Xüsusilə, ürəkbulanma zamanı istifadə olunanda daha çox işə yarayır.
Lakin burada bəzi məqamlara diqqət yetirmək lazımdır. Xüsusən, gün ərzində nə qədər istifadə olunmasına və təzəliyinə.
Hamiləlikdə zəncəfildən istifadənin qaydaları və faydaları
Şəfa qaynağı olan zəncəfilin yeməklərə əlavə edərək və ya çayını dəmləyərək qəbul etmək mümkündür.
Hər analığa namizəd qadında eyni olmasa da, ilk 2-3 ayda ürəkbulanma faktoru qeydə alınır. Zəncəfil bu problemin öhdəsindən asanlıqla gəlir. Bir fincan qaynar suyun içinə yarım çay qaşığı zəncəfil tozu atın. 10 dəqiqə sonra süzün və gündə 2 fincandan çox olmayaraq için.
Həmçinin zəncəfil qusmanın qarşısını da alır. Hamiləlik zamanı tez-tez təkrarlanan qusma təhlükəlidir və hətta uşaqsalmaya səbəb ola bilər.
Hamiləlik zamanı qadınların bir çoxu narahat və əsəbi olur, hər şeyə reaksiya verir. Bu problemi də zəncəfilin köməyi ilə həll etmək olar. Zəncəfil sinir sistemini yaxşı sakitləşdirir.
Zəncəfil, həm də hamiləlik zamanı artan mədə turşuluğunun azalmasına yardımçı olur. Bunun üçün təzə zəncəfili şəkər və ya balla birlikdə çay içərkən yeyə bilərsiniz.
Hamiləlikdə zəncəfil:
– Bətndəki körpəyə kifayət edəcək qan axınını dəstəkləyir.
– Yeməkdən sonra həzmi çətin olan qidaların daha yaxşı parçalanasına kömək olur.
– Bel və boğaz ağrılarını aradan qaldırır.
– Yüksək xolestrol səviyyəsini aşağı salır.
– İmmun sistemini qüvvətləndirir.
– Mədədə yanma hissinin qarşısını alır.
– Qanda şəkərin miqdarını balansda saxlayır.
– Hamiləlik zamanı yığılan artıq çəkiyə görə gərginləşən əzələ sisteminin yorğunluğunu atır.
Zəncəfil miqdarından artıq istifadə olunanda zərər verərmi?
– Qan təzyiqi və ya qanın laxtalanması üçün dərmandan istifadə olunursa, o zaman həkim məsləhəti olmadan istifadə etmək olmaz.
– Qaraciyər, ürək, öd kisəsi xəstəlikləri, babasil zamanı zəncəfildən istifadə etmək olmaz.
– Hər gün 2 fincandan artıq zəncəfil çayı içmək erkən doğuşa və ya uşağın düşməsinə səbəb ola bilər.
– 3-cü üçaylığında zəncəfilin istehlakını kəskin azaltmaq və ya ondan tam imtina etmək lazımdır. Qanı duruldan zəncəfil doğuş zamanı qanaxmaya səbəb ola bilər.
– Bir çox faydası olsa da, hamiləlikdə və südvermə dövründə həkimlə məsləhətləşmədən zəncəfildən istifadə etmək əks təsir göstərə bilər.
Zəncəfil çayı necə hazırlanır?
Ərzaqlar:
– 1 ədəd zəncəfil kökü
– Bal və ya limon
– Su
Hazırlanması:
Təzə zəncəfilin qabıqlarını soyuduqdan sonra incə-incə doğranır. Lif baxımından zəngin olan zəncəfilin faydasından tam yararlanmaq üçün onu liflərə paralel istiqamətdə doğramaq lazımdır. Neçə fincan içmək istəyirsinizsə, o qədər su əlavə etdikdən sonra 4-5 ədəd zəncəfil dilimini suya atın. 10-15 dəqiqə gözləyin. Zövqə görə üzərinə limon və ya bal əlavə edin.
Orqanik.az