Bu həkim “vaginoplastikanın şahı” hesab olunur. O, il ərzində yüzlərlə intim plastika əməliyyatı icra edir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, İrandan olan həkim Əmir Maraşi “vaginoplastikanın şahı” ləqəbini 2010-cu ildə Haitidi baş verən dəhşətli zəlzələdən sonra orada işləyərkən alıb.
Maraşi orada fistuldan (vagina ilə düz bağırsaq və ya sidik kisəsi arasında olan dəlik) əziyyət çəkən qadınlara pulsuz yardım edib.
Maraşi 2011-ci ildə Nyu-Yorka qayıtdıqdan sonra və öz şəxsi vaginoplastika klinikasını açıb. Vaginoplastika ya intim orqanın xarici görünüşünün dəyişdirilməsi, ya da mövcud problemləri aradan qaldırmaq üçün icra edilir.
Amerika estetik plastik cəmiyyətinin məlumatına görə, labioplastika – kiçik cinsiyyət dodaqlarının kiçildilməsi və formasının dəyişdirilməsi əməliyyatı qadınlar arasında son 5 ildə 27% artıb.
Maraşi də qadınlar arasında intim plastikanın populyarlaşdığını bildirir. Həkim bildirir ki, əgər o, 2011-ci ildə il ərzində 2 bu cür əməliyyat edirdisə, 2013-cü ildə onların sayı kəskin şəkildə artıb. Hazırda Maraşi il ərzində 200 bu cür əməliyyat həyata keçirir.
O, bunu 3 əsas amillə əlaqələndirir. Birincisi, artıq Amerikan cəmiyyətdə cinsi orqanı müzakirə etmək heç də ayıb bir şey sayılmır. İkincisi, 85% qadın cinsi orqanlarında olan tüklərdən azad olurlar. Buna görə də öz cinsi orqanlarının formasını dəqiqliklə görərək, ondan razı qalmaya və əməliyyata qərar verə bilirlər.
Üçüncüsü, qadınlar filmlərdə gördükləri formada intim nahiyəyə sahib olmağa can atırlar. Bu isə əməliyyatla mümkün olur.
Bir sıra pasientlər isə Maraşi həkimə ucuz vaginoplastikanın nəticələrini aradan qaldırmaq üçün müraciət edirlər. Buna görə də “vaginoplastika şahı” qadınlara bu cür əməliyyata girməzdən əvvəl həkimin təcrübəsindən əmin olmağı məsləhət görür. Vaginoplastika edən həkim mütləq yüksəs ixtisaslı, təcrübəli olmalıdır.
Orqanik.az