Lazım olanlar:
* çuğundur – 1 ədəd
* portağal – 1 ədəd
* yerkökü – 2 ədəd
* zəncəfil – 1 dilim
Hazırlanması:
Çuğundur təmizlənir, qabığı soyulur, xırda hissələrə bölünür və blenderdə üyüdülür. Şirə bankaya tökülür və 1 saatlıq soyuducuya qoyulur. Portağal soyulur, tumları çıxarılır, təmizlənmiş yerkökü və zəncəfillə birlikdə blenderdə üyüdülür və çuğundur şirəsinə əlavə olunur.
Nuş olsun!
Orqanik.az