Bu göbələk növü bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırır

Şampinyonlar praktik olaraq həzm prosesində sovrulmayan göbələk lifləri ilə zəngindir. Bu göbələk lifləri süngər kimi fəaliyyət göstərərək zərərli olan hər şeyi özünə çəkir.

Orqanik.az AZƏRTAC-a istinadla xəbər verir ki, həkim-diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, şampinyonun lifi yoğun bağırsaqla irəliləyərək, böyük miqdarda zəhərli maddələri özünə hopdurur və daha sonra xaricə çıxarır.

Diyetoloq əlavə edib ki, şampinyondan istifadə bağırsağın peristaltikası üçün də faydalıdır. Əlavə olaraq onların lifi “yaxşı” bağırsaq bakteriyaları (xüsusilə bifidobakteriayalar, laktobakteriyalar) üçün qida mənbəyi rolunu oynayır. Bunun sayəsində immun sisteminin aktiv fəaliyyəti, orqanizmin infeksiyalardan effektli müdafiəsi, depressiyalı vəziyyətin profilaktikası və beyin xəstəlikləri ilə sıx bağlı olan bağırsaq mikroflorasının ümumi vəziyyəti yaxşılaşır.

Fərdi məhdudiyyətlər olmadığı halda şampinyon arıqlamağa cəhd göstərən insanlar üçün çox faydalıdır.

“Arıqlayanlar üçün şampinyon o cəhətdən ideal ərzaqdır ki, onlarda demək olar, kalorililik yoxdur. Şampinyonların bütün kalorililiyi yalnız liflə təmsil olunur. Məlumdur ki, lif həzm olunmur, üstəlik də onların tərkibində yağ və karbohidratlar yoxdur”, – deyə həkim vurğulayıb. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.