Həkim onkoloq İvan Karasev qab yuyan və mətbəxdə yuyucu vasitələrin zərrəciklərinin orqanizmə düşdükdə təhlükələr yaratması barədə xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, onkoloq həmin vasitələri sadalayıb.
“Daha çox qadınların gündəlik gigiyena, təmizlik və gözəllik vasitələrində kanserogenlər var. Xüsusən müxtəlif yuyucu vasitələrlə yuyulmuş qabları istifadə etdikdə o maddələr boşqablardan orqanizmə keçir. Ona görə qabları yaxşı durulamaq, təmiz yumaq, ya da zərərsiz təbii vasitələr seçin.
Eləcə də ağardıcı diş məcunlarında titan var. Paltar yuyan tozlar xlorla zəngindir. Suya davamlı tuş, göz boyaları, kosmetikalar ağır metallarla zəngindir. Qolaltı tər vasitələrində alüminiy var, o da dəridən limfa sisteminə keçir, onu tutur.
Belə vasitələr gələcəkdə xərçəngə kimi gətirib çıxara bilər.
Bu məhsulları alanda etiketi diqqətlə oxumaq lazımdır. Maksimum az istifadə etmək, təbii inqridiyentlər seçmək orqanizmi qoruya bilər”.
Orqanik.az