Brokoli – az kalorili, lakin çox xeyirli tərəvəz

Artıq uzun zamandır ki artıq çəki ilə mübarizə məhsulları arasında çox populyar olan brokoli,kələm ailəsinə aid edilir.

Bu məhsulu bişirmə üsulları müxtəlifdir: sud qaynatmaq, qızartmaq, suxari, mayonez və souslarla ilə əzilmiş formada yemək mümkündür.

Brokoli kələmi – vitamin və mineralların mənbəyi sayılan  tərəvəzlərdən biridir.Yüksək miqdarda  C vitamininin, fol turşusu, kaliy, selülloz  və beta- karotinin olmasından əlavə, tərkibində olan antioksidan və digər xeyirli maddələr ürək damar və xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Bütün bu yaxşı cəhətlərilə bərabər, brokoli dadlı, rahat hazırlanan və demək olar ki, təmamilə kalorisiz məhsuldur.

C, PP, K, U vitaminləri və beta-karootinin mənbəyi sayılan bu tərəvəzin tərkibində olan askorbin turşusu(C vitamini) mənbəyi olan sitrus meyvələrində olduğundan 2.5 dəfə çoxdur.

Tərkibində olan beta-karotinin miqdarına görə isə (A provitamini – gözəllik və yaxşı görmə qabiliyyəti vitamini), brokoli, bu vitamini mənbəyi sayılan kök və balqabaqdan daha ön sıralardadır.

Bundan əlavə brokoli tərkibində U vitamini olan tərəvəzlərdən yalnız qulançardan geri qalır.

Mineral maddələr gəldikdə isə brokoli, tərkibində olan kaliy, kalsiy, fosfor, natriy və dəmirin sayına görə  yalnız gül kələmlə rəqabət aparır, zülal və mineral duzların miqdarına görə isə onu geridə qoyur.

Yüksək miqdarda olan fizoloji aktiv maddələr sayəisndə, bu məhsul ürək çatışmazlığı və sinir sistemi pozğunluqları olan insanlar məsləhət görülür. Tərkibində olan xlorofil qanın tərkibinə müsbət təsir edir. Bundan əlavə brokoli kələmi ən yaxşı antisklerotik vasitələrdən sayılır.

Az zamandır ki, bu məhsulun həmçinin xərçəngin profilaktikası üçün əla vasitə olduğu da məlum olub. Mütəxəssislərin araşdırmaları əsasında bəlli olmuşdur ki, brokolinin tərkibində mədə yarasını  yaradan bakteriyaları öldürən və bu orqanda xərçəngin yaranmasına  mane olan xüsusi sulfarofan maddəsi vardır. Sulfarofan  hətta antibiotiklərin təsir  edə bilməyəcəyi bakteriyaları belə öldürə bilir.

Sağlamlığınıza biganə deyilsinizsə, həm bu qədər xeyirli, həm də demək olar ki, 0 kalorili bu məhsulu qida rasionunuza daxil etməyiniz məsləhət görülür!

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.