Britaniyalı həkim yuxusuzluğun təhlükəli nəticələrini açıqlayıb

Böyük Britaniyanın sağlam yuxu və qidalanma üzrə aparıcı mütəxəssisi doktor Qreq Potter yuxusuzluğun sağlamlıq üçün yarada biləcəyi fəsadlardan danışıb. O, yuxusuzluğun yaddaşı və beynin fəaliyyətini əhəmiyyətli dərəcədə pozduğu, şəkərli diabet, piylənmə və orqanizmdə bir sıra pozğunluqlara səbəb olduğu barədə xəbərdarlıq edib.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, britaniyalı həkim Yaponiyanın Oita Universitetinin alimləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsaslanaraq kifayət qədər yuxu almayan insanların piylənmədən 38% daha çox əziyyət çəkdiyini bildirib. Həmçinin o qeyd edib ki, yuxusuzluqdan əziyyət çəkməyən insanlarla müqayisədə yuxusuz qalan insanlarda şəkərli diabetə tutulma riski 37 faiz, hipertoniya riski 17 faiz və ürəyin işemik xəstəliyi riski 26 faiz çoxdur. Mütəxəssisin sözlərinə görə, yetkin insanın sutkada 7-9 saat yatması önəmlidir.

Həmçinin həkimin sadaladığı yuxusuzluq problemləri sırasında beynin fəaliyyətinin pisləşməsi və nəticədə diqqətin pozulması da vardır ki, onun sözlərinə görə, xroniki yuxusuzluq konsentrasiya qabiliyyətinə minimum dərəcədə alkoqol sərxoşluğu qədər təsir edir. Bundan əlavə, Potter immunitet sisteminin zəifləməsi ehtimalı barədə xəbərdarlıq edir ki, bu da respirator xəstəlikləri riskini artırır.

Bundan əlavə, həkim xroniki yuxu problemlərinin daha iki nəticəsinindən danışıb. Belə ki, yuxusuzluq  gün ərzində yorğunluğa və əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər ki, bu da mühüm qərarların qəbul edilməsini çətinləşdirir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.