Böyük Britaniyanın tibb xidmətləri ölkədə sutka ərzində insanlar arasında meymunçiçəyi xəstəliyinə 71 yoluxma faktını aşkarlayıb.
Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi (UK Health Security Agency, UKHSA) bildirib.
Məlumata əsasən, yoluxanların ümumi sayı 179 nəfərə çatıb.
Eyni zamanda, nadir bir xəstəliyin digər insanlara keçməsi hallarının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, əhali üçün riskin olması Agentlik tərəfindən aşağı kimi qiymətləndirilib.
Orqanik.az