Boyun və sinə nahiyələri üçün maskalar

Dərinin möhkəmləndirilməsi və qidalandırılması üçün kremlər, toniklər və s. savayı, mağazadan alınan və ya ev şəraitində hazırlanan müxtəlif maskalardan da istifadə etmək olar.

Onların dəriyə müxtəlif xeyirli təsirləri vardır: dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.

– 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).

– 2 xörək qaşığı yağlı kəsmiyi 1/2 limonun şirəsi və 1 çay qaşığı zeytun yağı ilə qarışdırın. Bu tərkibi nazik pambıq parça üzərinə sürtərək boynunuza dolayın və 10-15 dəqiqə saxlayın.

– Boyun dəriniz xeyli bürüşmüşsə həftə ərzində 1-2 dəfə olmaqla, kartof püresi, yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı bitki yağından hazırlanmış maskanı kompres şəklində boynunuza qoyun və 20 dəqiqə saxlayın.

– Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.

– Xırda-xırda doğranmış xiyarı parça üzərinə düzün və boynunuza dolayın. 20 dəqiqə uzandıqdan sonra onun qalıqlarını yuyun.

– 2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.

– Boyun dərisində yeni qırışların əmələ gəlməsinin qarşısını alan və mövcud olan qırışları isə hamarlaşdıran vasitələrdən biri də yumurta ağından istifadə edilməsidir. Boyun və sinə dərisini kosmetik vasitələr ilə təmizlədikdən sonra, yumurta ağını çalmadan enli fırça ilə dərinizə sürtün və 10 dəqiqə gözləyin.

– 4 xörək qaşığı xırda-xırda doğranmış cəfərinin üzərinə 4 xörək qaşığı isti süd əlavə edib soyudun. Salfeti alınmış qarışıqda isladaraq 15 dəqiqə ərzində boyun sahəsində saxlayın. Sonra maskanı çıxarıb (boyunun yuyulması tələb olunmur) dərinin öz-özünə qurumasına imkan verin.

– Solğun dəri üçün çobanyastığının süddə hazırlanan dəmləməsindən də istifadə etmək olar: bir ovuc çobanyastığı çiçəyinin üzərinə 1 stəkan süd əlavə edərək, qaynara düşənə qədər qızdırın və soyudun. Qalın parçanı ilıq şəkildə olan dəmləmədə isladaraq boynunuza dolayın. Üzərini əvvəlcə polietilen, sonra isə xovlu dəsmalla örtün. 15 dəqiqə keçdikdən sonra kompresi çıxarın, boyunu dəsmal ilə qurudun (su ilə yumaq lazım deyil) və istənilən krem sürtün.

Bürüşmüş dəri üçün kontrast kompreslər yaxşı effekt verir. Həftədə 2 dəfə olmaqla, bir-birinin ardınca gah isti, gah da soyuq kompres edin. 2 dəsmal isladın: biri isti şəkildə olan ot dəmləməsində (rozmarin, adaçayı, cokə ağacı çiçəyi, yarpız), digəri isə soyuq suda (limon şirəsi əlavə etməklə də olar). İsti ot dəmləməsində isladılan dəsmalı boynunuzda 2-3 dəqiqə, soyuq suda isladılan dəsmalı isə 1-2 dəqiqə saxlayın. Bu qaydada olmaqla kompresləri bir neçə dəfə dəyişdirin. Həm 1-ci dəfə, həm də sonuncu dəfə qoyulan kompres soyuq olmalıdır. Qalxanvari vəzinin xəstəliklərində belə kompresləri etmək olmaz.

Buxaq ilə mübarizədə vaxtaşırı olaraq, evdə olarkən, bu sahəyə 30-60 dəqiqə müddətinə eni 2 sm olan və orta hissəsi limon şirəsi əlavə edilmiş suda isladılan kətan parçadan sarğı qoymaq olar. Sarğını çıxardıqdan sonra boyunun dərisinə qidalandırıcı krem sürtmək lazımdır. Bu sarğını 1 ay müddətində, günaşırı olaraq, gecə vaxtı qoymaq da məsləhət görülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.