Bədənin daxili mühitinin daima sabit saxlanılması böyrəklərin hesabına baş verir.Orqanizmdə baş verən bəzi funksiyalar vardır ki,onlar məhz böyrəklərin fəaliyyəti sayəsində normallaşır.Bunlara aiddir:
– su-duz mübadiləsi
– qələvi-turşu müvazinəti
– azot mübadiləsi
– eritropoez
– arterial təzyiqin səviyyəsi
– qanın laxtalanma prosesi
Bu fəaliyyətləri böyrəklərin ekskretor və inkretor funksiyaları həyata keçirir.Böyrəklərin ekskretor funksiyasına bədəndən yad maddələrin mübadiləsinin,son zərərli məhsulların və bədən fəaliyyəti üçün vacib olan,amma bədəndə artıq miqdarda əmələ gələn məhsulların çıxarılması aiddir.
Anoloji funksiyaları dəri,mədə-bağırsaq traktı,ağ ciyərlər,qara ciyər də yerinə yetirir.Tər vəziləri ilə bədəndən su,natrium xlorid,sidik cövhəri,sidik turşusu və başqa maddələr xaric olunur.
Orqanik.az