Böyrəyində daş olanlar üçün pəhriz və qidalar

Çərəz, ispanaq, və kakao istifadəsini azaltmaq lazımdır. Oksalat maddəsi, demək olar ki, hər qidanın tərkibində var. Lakin bəzi qidalarda daha çoxdur, buna görə də çərəz, çay, qəhvə, ispanaq, kakao, çiyələk kimi qidaların qəbulu zamanı diqqətli olmaq lazımdır.

Nefroloq Barat Yusubov böyrək daşı olanlar üçün lazımlı qidaları paylaşıb.

Heyvansal protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsi böyrəklərin fəaliyyətinə mənfi təsir göstərir. Xüsusilə böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Məsələn, bir yemək qəbulu zamanı heyvansal protein qəbul edirsinizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük verin, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yeməyin.

Böyrəkləri su ilə “bəsləmək” vacibdir.

Sidik vasitəsi ilə orta hesabda 50 maddə süzülərək orqanizmdən atılır. Kifayət qədər su içildikdə sidiyin miqdarı artır və bu da maddələr mübadiləsinə və süzülmə prosesinə yaxşı təsir edir. Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə süzülmə miqdarı azalır və daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat və oxşar maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul etmək tövsiyə olunur. Lakin hər bir insan gündəlik su içərkən sidiyə çıxmağını nəzarətdə saxlamalıdır:

“Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yarandığını hiss edirsinizsə, suyun miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz. Normal su qəbulu və ifrazatı zamanı sidik iysiz və rəngsiz olmalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.