Böyrək xəstəlikləri bir çox hallarda gizli inkişaf edir və bu da çox təhlükəli hallara, hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.
Bu səbəbdən böyrək xəstəliklərini vaxtında aşkar etmək çox vacibdir.
Böyrəklərin pis işləməsinə işarə edən simptomlar bunlardır:
1. Sidik ifrazında dəyişikliklər (sidik ifrazının azalması, artması, sidik ifrazı zamanı ağrılar, sancılar, qanlı sidik ifrazı və s.)
2. Belin aşağı hissəsində dartıcı ağrılar
3. Ödemlər
Nəzərə almaq lazımdır ki, ödemlər ürək xəstəlikləri ilə də bağlı ola bilər. Lakin böyrək xəstəlikləri ilə bağlı ödemlərin müəyyən özəllikləri var:
– əvvəl üz və göz qapaqlarında əmələ gəlir
– ödemlər sürətlə artır və tez yox olur
– ödemlər yuxarıdan aşağı doğru yayılır: əvvəl üz, sonra bədən, yuxarı və aşağı ətraflar
– ödem sahəsində dəri ilıq olur
– ödemlər yumşaq və hərəkətlidir (şişmiş yeri barmaqla basdıqda əmələ gəlmiş oyuq tez yox olur)
– ödemlər adətən səhərlər əmələ gəlir
– ödemlər nahiyələrində dərinin rəngi solğundur.
4. Təzyiqin artması
Orqanik.az xəbər verir, böyrək xəstəlikləri zamanı təzyiqi təznimləmək çox çətin olur, dərmanlar kömək etmir. Böyrək xəstəliyi müalicə olunduqdan sonra təzyiq də normallaşır.
5. Hərarətin səbəbsiz artması.
Bədənin hərarəti tez-tez və səbəbsiz olaraq qalxırsa, bu çox ciddi simptom sayılır və o cümlədən böyrək xəstəliyinə işarə edə bilər.
6. Zəiflik, halsızlıq, səbəbsiz yorğunluq, iştahanın azalması
7. Dərinin solğun olması, dərialtı qansızmalar, dərinin üzərində səpgilər
Orqanik.az