Sinqapur və Almaniya alimləri böyrək orqanı toxuması hüceyrələrinin bərpasının mümkünlüyünü sübut edib.
“Medicina” xəbər verir ki, Dyuka tibb mərkəzi, Simqapurun Milli ürək mərkəzinin alimləri elmi işin nəticələrini təqdim edib.
Onlar öz tədqiqatlarında interleykin-11 zülalına diqqət yetiriblər. Onlar xroniki xəstəliklərdə iltihabi səbəbdən ürək, qaraciyər, böyrəklərdə çapıqlar əmələ gətirir.
Məhz bu zülal molekulyar proseslər yaradaraq, iltihab, fibroz və funksiyanın tam pozulmasına səbəb olur.
Bu prosesin blok olunması zamanı antitelllər İL-11-lə birləşərək, toxumanın böyüməsi, bərpası və iltihabın aradan qalxması baş verir. Nəticədə böyrəklər öz sağlam formasına qayıdır.
Alimlər bildirir ki, bu kəşf xroniki böyrək çatışmazlığında müalicə metodlarına yenilik gətirə bilər.
2022-ci ildə alman alimləri hüceyrələrin bərpasının molekulyar yolunu tədqiq etmişdilər. Onlar qranulin zülalının hüceyrənin həyat qabiliyyəti və böyüməsinə təsir etdiyini tapmışdılar. İstənilən halda müəyyən orqanlarda hüceyrələrin bərpasına nail olmaq mümkündür.
Orqanik.az