Böyrək eklampsiyası kəskin qlomerulanefrit və gestoz zamanı, nadir hallarda hamiləliyin son ayında və doğuşdan sonra baş verir.
Eklampsiya ödem və mikrosirkulyasiyanın dəyişikliyi nəticəsində beyin qan dövranının xəstəliyidir. Kəskin nefritdə beyin ödeminin əmələ gəlməsində əsas səbəb beyin toxumasında natrium və suyun ləngiməsidir. Hamiləlik eklampsiyası isə mikrosirkulyasiya pozğunluqları, beyin arteriyalarının spazmı və yayılmış damardaxili laxtalanma nəticəsində baş verir. Bu zaman mərkəzi sinir sistemində, o cümlədən, beyin toxumasında ağır dəyişikliklər (infarkt, yumşalmalar, qanaxmalar) baş verir.
Xəstəlik kəskin nefritin birinci ongünlüyündə inkişaf edir. Qıcolmanın başlamasından əvvəl xəstədə baş ağrısı, baş gicəllənmə, ürək bulanma qeyd olunur. Xəstədə yüksək təzyiq, bradikardiya müşayiət olunur. Tutmalar bədən əzələlərinin tonik və klonik qıcolmaları şəklində təzahür edir. Qıcolmalar 30 dəqiqəyə qədər davam edə bilir.
Hamiləlik zamanı isə eklampsiya preklampsiyadan sonra baş verir. Bu zaman baş ağrıları yuxusuzluq, görmənin pisləşməsi, öyümə, qusma, nefrotik əlamətlərin artması, qıcolmanın başlamasının ilkin əlamətləri sayılır. Hamilələrdə eklampsiya baş verməzdən əvvəl üz əzələlərində yığılmalar olur, tutma 1-2 dəqiqə davam edir.
Eklampsiya beyinə qansızma, sol mədəciyin kəskin çatmazlığı, ağ ciyər ödemi kimi ağırlaşmalara səbəb ola bilir.
Müalicəsi: Profilaktika məqsədilə xörək duzunun miqdarı azaldılır, xəstələrə kompleks hipotenziv terapiya edilir. Hamilələrdə qıcolma zamanı sakitləşdiricilərlə bərabər, oksigenoteratiya və doğuşu sürətləndirmək lazım gəlir.
Orqanik.az