Oksford Universiteti sevgi dərmanının hazırlandığını açıqlayıb.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə antropoloq Anna Maçin məlumat verib.
“Cheltenham” Elm Festivalında danışan Maçin, bəzi dərmanların beyində aşiq olmaq təsiri yaratdığını deyib. Sözügedən preparatların 3-5 il ərzində hazır ola biləcəyini deyən professor, “Oksitosin, xoşbəxtlik hormonu serotonin, dopamin və təbii ağrı kəsici beta endorfin hormonları aşiq olmağımızda rol oynayır. Oksitosin tərkibli dərmanlar romantizmi alovlandıra bilər.
Dərmanların məqsədi cütlüklərin yenidən bir-birilərinə aşiq olmasını təmin etmək və evlilikləri xilas etməkdir. Bu, həmçinin subayların özgüvənini artıraraq sevgi tapmağa kömək edə bilər. Bunu kəşf edən insanların nə qədər pul qazanacağını təxmin edə bilərsinizmi?”, – deyə söyləyib.
Digər tərəfdən, sevgidən əziyyət çəkənlərə antidepresan dərmanların verilməsi də gündəmdədir. Lakin bu, elm dünyası üçün mübahisəli məsələdir. Bir çox mütəxəssis bu cür dərmanların qeyri-etik olduğunu iddia edir, hormon terapiyası ilə yaranan sevginin real olmadığını deyirlər.
Orqanik.az