Kələm yemək çeşidi baxımından çox zəngin olan tərəvəzlərdəndir. Qida dəyəri baxımından çox zəngin olan kələmdən bir çox ləziz yeməklər hazırlanır. Sağlamlığa saysız-hesabsız faydaları ilə çox dadlı olan kələm bişirmə prosesində xoşagəlməz bir qoxu yayır. Dadına və faydasına baxmayaraq, bu qoxu sayəsində kələmi sevməyənlərin sayı da az deyil. Lakin kələmlə yemək hazırlayarkən bir neçə üsullarla kələm iyinin qarşısını almaq olar. Kələmin qaynadılması zamanı yaranan o pis qoxudan xilas olmağın yolu yenə mətbəxdədir. Evdar.az kələmin qoşagəlməz qoxusunun aradan qaldırmağın yollarını təqdim edir.
İÇİNDƏKİLƏR
Çörək
Çörək kələm qoxusunu aradan qaldırmağın ən təsirli üsullarından biridir. Əvvəlcə çörəyi kiçik tikələrə ayırın. Bayat çörəklər daha yaxşıdır. Kələmi bişirəcəyiniz qazanın dibinə doğranmış çörəkləri qoyun. Sonra kələmi qazana töküb bişirməyə başlayın. Bu üsulun hiyləsi, kələmi ocağa qoyduğunuz zaman ilk mərhələdə tətbiq etməkdir. Kələmləri qaynadarkən belə bu üsulu rahatlıqla tətbiq edə bilərsiniz. Yemək bişdikdən sonra çörəkləri asanlıqla çıxarmaq üçün uyğun bir qaba qoyun.
Alma
Kələm qoxusunun qarşısını almaq üçün alma qabıqları da çox təsirli bir üsuldur. Bunun üçün almanın bütün qabıqlarını (yalnız qabıqlar, almanın özü deyil) kələmi bişirəcəyiniz qazana atın. Kələm bişənə qədər qabığı qazandan çıxarmayın. Alma qabığı ilə bişmiş kələm qoxu verməyəcək. Bundan əlavə, alma qabıqları sayəsində kələmin həzmi asanlaşacaq.
Duz
Bu üsulu tətbiq etmək üçün bol duzlu su qarışığı hazırlayın. Bişirəcəyiniz kələmi gecədən hazırladığınız duzlu su qarışığında isladın. Bu sayədə həm kələm bişərkən qoxusunun qarşısını almış olarsınız, həm də kələm rahat bişəcək. Yeməyi bişirərkən duz əlavə etməyin.
Süd
Süd kələm qaynadarkən qoxunu aradan qaldırmaq üçün son dərəcə təsirli bir üsuldur. Bu üsul üçün kələm qaynadarkən qaynar suya bir az süd əlavə etməlisiniz. Beləliklə, kələminiz heç bir qoxu buraxmadan daha da ağaracaq.
Dəfnə Yarpağı
Kələmi qaynadarkən qaynayan suya bir neçə dəfnə yarpağı ataraq qaynadın. Dəfnə yarpağının struktur xüsusiyyəti kələm qoxusunun qarşısını alacaq və qoxunun yayılmasının qarşısını alacaq.
Elə isə artıq bu ləzzətli kələmdən hazırlanan yeməkləri bişirmək və yeməmək üçün bəhanəniz qalmadı.