Bir dəfə herpesə yoluxmaq kifayətdir ki…- Həkim

“İnsanın bir dəfə herpesə yoluxması kifayət edir ki, bu virus ömürlük onun orqanizmində qalsın” – Dermatoloq13.01.2022 12:14
İnsanlar arasında geniş yayılan viruslardan biri də herpesdir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli şəkildə qalır. İmmun sistemi zəifləyən kimi aktivləşir və özünü büruzə verir. İnsanın bir dəfə herpesə yoluxması bəs edir ki, bu xəstəlik ömürlük onun orqanizmində qalsın.

Bu barədə Mərkəzi Gömrük Hospitalının həkimi, dermatoloq Sevinc Kərimova ATV-Səhər verilişinə müsahibəsində məlumat verib.

Həkimin sözlərinə görə, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var: “İlk 3 tipə daha çox rast gəlinir. I tip herpes dodaqlarda, burun qanadlarında və yanaqlarda xırda səpkilər şəklində özünü büruzə verir”.

S.Kərimova bildirib ki, II tip herpes herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. III tip herpes uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrov yaradır. Bəzi insanlarda uçuq ildə 1-2 dəfə, bəzilərində isə həyatları boyu davam edir. İnkubasiya dövrü 1 həftə – 10 gün olan bu virus hava-damcı yolu ilə keçir. Simptomları əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginlikdir.

“Xəstəlikdən qorunmaq üçün immun sistemi möhkəmləndirilməlidir, bunun üçün qida rasionumu tənzimləmək, ona daim nəzarət etmək lazımdır”, – deyə dermatoloq qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.