Beyni gücləndirən 3 super-məhsul açıqlandı

İtaliya, Yaponiya və Polşa alimləri birgə araşdırmadan sonra beynin fəaliyyətini gücləndirən, onun qocalmasını ləngidən 3 super-məhsulun adlarını açıqlayıb.

Tibb alimlərinin gəldiyi nəticələrə görə, belə məhsullardan biri kakaodu. Bu ərzağın tərkibindəki maddə beyinə antioksidant kimi təsir edir və bu ən vacib orqanın hüceyrələrini iltihabdan qoruyur.

Kakao beyində qan dövranını, yaddaşı və digər koqnitiv funksiyaları yaxşılaşdırır. Mütəxəssislər beyini qorumaq üçün hər gün 1 fincan kakao içməyi və ya bir neçə parça təbii şokolad yeməyi tövsiyə edir.

İkinci super-ərzaq üzümdür. Bu meyvə güclü antioksidant sayılan və azad radikalları məhv edən resveratrol maddəsi ilə zəngindir. Odur ki, üzüm beyində turşulaşma prosesinin və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır. Və beləliklə, koqnitiv funksiyaların ləngiməsini önləyir.

Baş beyni gücləndirən üçüncü ərzaq yaşıl çaydır. Araşdırmalar göstərib ki, gündəlik olaraq yaşıl çay içən orta və yaşlı insanlarda bu məhsul əsəb sisteminin mərkəzi orqanının seqmentlərinə müsbət təsir göstərir. Odur ki, onların beyni yaşıl çay içməyənlərlə müqayisədə daha yaxşı işləyir. Həmçinin yaşıl çay beynin qocalmasını ləngidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.