Beyin sağlamlığı üçün ən yaxşı ərzaq məhsulları

Harvard alimləri beyin fəaliyyətini effektiv şəkildə stimullaşdıran, əhval-ruhiyyəni yaxşılaşdıran, yaddaşı gücləndirən ərzaq məhsullarını açıqlayıblar.

Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, bu ərzaq məhsulları barədə məlumatı təqdim edir.

Tünd şokolad. Tərkibindəki yüksək dəmir və antioksidantlara görə ekspertlər onu ən faydalı ərzaq məhsullarından biri hesab edirlər. Müntəzəm olaraq tünd şokoladın qəbulu birbaşa əhval-ruhiyyənin yaxşılaşdırılması ilə əlaqəlidir – bunun sayəsində depressiya simptomları riski 70 faiz azalır.

Ədviyyatlar. Bunlar oksidləşdirici stres və iltihabı aradan qaldıran antioksidantların zəngin mənbəyidir. Misal üçün, kurkuminin (sarıkök) qəbulu daha aşağı narahatlıq riski və beynin kimyəvi tərkibinin yaxşılaşdırılması ilə əlaqələndirilir. Zəfəran depressiv pozuntu zamanı çox faydalıdır.

Qoz. Onların tərkibində beynin fəaliyyətini aktiv şəkildə dəstəkləyən faydalı yağlar var. Belə ki, qozun tərkibindəki omeqa-3 yağ turşuları yaddaşı və təfəkkürü yaxşılaşdıran iltihab əleyhinə və antioksidant xüsusiyyətlərinə malikdir. Alimlərin sözlərinə görə, gündəlik bir ovuc qoz möhkəm davamlı beyin sağlamlığı, onun yaşla bağlı xəstəliklərdən müdafiəsini təmin edə bilər.

Fermentləşdirilmiş ərzaq məhsulları. Onların qəbulu xüsusi olaraq beyinlə əlaqəli olan və onun vəziyyətinə təsir edən orqan – bağırsaqda yaxşı bakteriyaların artmasını stimullaşdırır. Fermentləşdirilmiş ərzaq məhsulları sayəsində yaddaş yaxşılaşdırılır, koqnitiv funksiyaların pisləşməsi aradan qaldırılır.

Yaşıl yarpaqlı tərəvəzlər. Bu ərzaq məhsulları koqnitiv qabiliyyətlərin yaşla bağlı pisləşməsini yavaşlayan qida maddələri – fol turşusu, dəmir, B9 vitamini və liflə zəngindir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.