Yetişkin insanların 80%-i həyatlarında ən az bir dəfə bel ağrısından şikayətlənmişdir. Bel yırtığı adətən 30-60 yaş arası insanlarda sıx görülməsinə baxmayaraq hər yaşda da ortaya çıxa bilər.
Bel yırtığı zamanı müşahidə olunan şikayətlər:
– tək və ya hər iki ayağa vuran ağrılar
– ayaqlarda keylik
– hərəkət məhdudiyyəti
– yerimə və oturmada çətinlik bel yırtığının əlamətləridir.
Bel yırtığı irəliləyərsə iqtidarsızlıq, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi şikayətlər də əlavə olunur.
Diaqnozu necə qoya bilərik?
İndiki dövrün modern diaqnostika üsullarından olan MRT ilə bel yırtığının diaqnostikası asanlıqla qoyulur və dərəcəsi təyin edilir. Ancaq bel yırtığı diaqnostikasında qızıl standart kliniki müayinə və həkimin müşahidə etmək təcrübəsidir!
Hər gün minlərlə xəstə bel yırtığı xəbərçisi ola biləcək bel və ya ayaq ağrıları şikayətləriylə həkimlərə müraciət etməkdədir. Dünyada olduğu kimi Azərbaycanda da bu cür şikayətlər yayılmış bir şəkildə insanların ailə və ictimai həyatlarını təsir edərkən, xəstəni bəzən həftələrcə yatağa bağlaya bilir.
Fəqərələr arasındakı disklərin çölə doğru daşması və bu bölgədə olan sinirlərin və onurğa beyninin sıxışması ilə nüks edən bel yırtığı müalicələrində, doğru xəstələrə, doğru diaqnoz və düzgün müalicə tətbiq olunduğunda müvəffəqiyyətli nəticələr əldə edilə bilməkdədir.
Lakin bel yırtığı zamanı xalq arasında sıx qarşılaşılan qulaqdan qulağa dolma məlumatlarla yanlış yönləndirmələr ola bilər. Həkimlə məsləhətləşmədən əldə edilən yanlış məlumat bədənə daimi ziyan gətirə bilər.
Aşağıda bel yırtığı haqqında yanlış bilinənlər haqda məlumat verməyə çalışmışacam.
1. Fəqərəarasi disk yırtıgı LAZER lə əməliyyat olunurmu?
Xeyr. Fəqərə arası dısk yırtığının cərrahiyyəsində muasir metodlardan esas mikrodiskektomiya və endoskopik diskekomiyadir. LAZERlə DİSK YIRTIĞININ CƏRRAHİYYƏSİ APARILMIR və nə Azərbaycanda nə də ki digər ölkələrdə icra olunmur. Bəzi “doktor”lar dəriyə qoyulan kosmetik tikişi xəstəyə lazer kimi təqdim edirlər.
2. Disk yırtığı əməliyyatı 15 dəqiqəlik əməliyyatdırmı?
Xeyr. Bu deyim adətən xəstələrimizin bel yırtığının cərrahiyyəsidə istifadə edirlər. Qeyd edim ki, disk yırtığının cərrahiyyəsində 10-15 dəqiqə əməliyyatın tez və ya gec qurtarması əhəmiyyətli deyil. Önəmli olan disk kütləsinin tam təmizlənməsi və sinir kökcüyün tam sərbəstləşdirilməsidir. Ortalama bel nahiyyəsidə olan disk yırtığının cərrahiyyəsidəki vaxt 35 dəqiqədən 1 saat 10 dəqiqə arası olur. Bu vaxt çox ola bilir. ANCAQ DİSK YIRTIGININ XARİC EDİLMƏSİ 15 DƏQİQƏ OLMASI MÜMKÜN DEYİL.
3. Cərrahiyyə bel yırtığı və ya onurğa kirəcləşməsində son çarədir.
Xeyr. Bilinənin əksinə, bəzi hallarda cərrahiyyə ilk seçim ola bilər. Xüsusilə uzun müddət davam edən şiddətli ağrılardan, ayaqlarda qüvvət itkisindən və sidik qaçırmaqdan şikayət edilirsə əməliyyata üstünlük verilir.
4. Bel yırtığı və kirəclənmə əməliyyatı çox riskli əməliyyatdır.
Xeyr. İndiki dövrdə tətbiq olunan üsullarla risk faizi çox aşağa endirilib. Mikrodiskektomiya və mikrocərrahiyyə üsulları, yəni mikroskop istifadə edərək edilən əməliyyatlarda müvəffəqiyyət şansı 95% civarındadır.
5. Əməliyyatdan sonra xəstəliyin yenidən təkrarlanma faizi yüksəkdir.
Xeyr. Əməliyyatdan sonra istirahət müddətinə əməl etdikdə, kilosu normal olduqda, vaxtaşırı məşqlər etdikdə, düzgün oturub qalxma üsullarına əməl etdiyi təqdirdə xəstələrdə xəstəliyin yenidən təkrarlanma faizi 5%-dən də az olur. Bel yırtığı onurğanın degenerativ bir xəstəliyidir. Bu səbəblə hansı üsulla müalicə olunursa olunsun risk faktorlarını azaldıb həyatını ona görə rejimə salmalıdır.
6. Bel yırtığından sonra xəstə iş həyatına davam edə bilər.
Xeyr. Bel yırtığl əməliyyatından sonra xəstə müalicə müddətində əməl etməsi lazım olan həyat tərzini mənimsədiyi təqdirdə, təqribən 3-4 həftə içində işinin başına qayıda bilər və istədiyi qədər bu aktivliyi davam etdirə bilər.
7. Bel yırtığı əməliyyatı cinsi funksiyaya mənfi təsir göstərir.
Xeyr. Bu əməliyyatların qəti sürətdə cinsi funksiyalara təsiri yoxdur. Ancaq gecikmiş və ayaqlarda iflic inkişaf etmiş xəstələrdə əməliyyatdan əvvəl ola bilən şikayətlər əməliyyatdan sonra tam düzəlməyə bilər.
8. Fiziki müalicə və məşqlər bel yırtığını tamamilə yox edə bilər.
Xeyr. Fiziki müalicə və digər üsullar orijinal halını itirmiş toxumanı əvvəlki vəziyyətinə salmır. Bu tip müalicələrdə məqsəd əzələ və oynaqları qüvvətləndirib vücüd ağırlığını dağıtmaqdır.
9. Bel yırtığını masaj və bel çəkmə ilə yaxşılaşdırmaq mümkündür.
Xeyr. Bu üsullar fiziki müalicə içində tərbiq olunan üsullardır. Ancaq bu xəstəyə görə fərqli tətbiq edilməsi və həkim nəzarəti altında edilməsi lazımdır. Kənarda sənədsiz insanlar tərəfindən edilən bu tip müalicə yüksək risk daşıyır. Yanlış tətbiq olunan bu tip müalicələr əlilliklədə nəticələnə bilər.
10. Onurğa problemi insanın kilolu və ya arıq olması ilə əlaqəlidir.
Xeyr. Onurğa problemlərində kilo vacib rol oynayır. Ancaq əzələ gücü az və arıq olan insanlarda da onurğa problemi ortaya çıxa bilir. Boyun, kürək və bel əzələlərinin zəifliyi zamanı onurğanın sagittal balansı pozuldugundan vaxt keçdikcə onurğada yükün qeyri-bərabər paylanması nəticəsində fəqərəarası disklərdə degenerativ dəyişiklər əmələ gəlir ki, bu da boyun və bel ağrıların başlıca səbəblərindəndir.
Bəhruz Eyvazov
Orqanik.az