Bəzi insanlar bel ağrıları zamanı səbəbini araşdırmadan bel çəkdirməyə üstünlük verirlər. Bu üsul son zamanlar ciddi sosial və tibbi problemə çevrilib.
Bəs bel çəkilməsi faydalıdır?
Faydaları mübahisəli məsələdir. Çünki harada və kim tərəfindən edildiyi əsas məsələdir. Bu prosedur gərək görülsə belə mütəxəssis tərəfindən edilməlidir. Əgər düzgün edilməzsə sümüklərə böyük zərər dəyə bilər.
Mütəmadi olaraq idmanla məşğul olan insanlar avtomatik olaraq belini özləri çəkirlər. Çünki bəzi idman hərəkətləri bel əzələlərinin genişlənməsinə səbəb olur. Həmin idman hərəkətləri isə səhhət üçün olduqca faydalıdır.
Bel çəkdirmək də əzələlərin boşalması deməkdir. Ancaq düzgün olmayan hərəkətlərlə bunu etməyə çalışanlar əzələləri boşaltmaq yerinə zərər verərək iflic halına da sala bilərlər. Ani edilən yanlış hərəkətlər bədəndə bitməyən ağrılar yarada bilər.
Bəzi qadınlar isə hamilə qala bilmədikləri üçün şəfanı bel çəkdirməkdə görürlər. Tibb sahəsi isə bunu cəgəngiyat adlandırır. Həkimlər bel çəkilməklə qadında uşaqlığın yerini dəyişmək, qaldırmaq, düzəltməyin mümkün olmadığını bildiriblər.
Orqanik.az