Beyin damarlarının təmizlənməsi çox vacib prosedurdur. Bu, osteoxondroz və ateroskleroz kimi xəstəlikləri yaxşılaşdırmağa qadirdir.
Damarların müntəzəm təmizlənməsi baş ağrılarını da aradan qaldıracaq, zehni açacaq, ən əsası əhvalı yaxşılaşdıracaq.
Publika.Az baş beyin damarlarının təmizlənməsinin səmərəli və etibarlı reseptləriylə tanış edir.
1-ci metodika: Bal və qoz ləpəsi
1 stəkan qoz ləpəsini xırdalayın, yarım stəkan təmiz bal, bir çimdik darçın və zəncəfil tozuyla qarışdırıb bir sutka soyuducuda saxlayın. Daha sonra onu hər səhər 1 x.q. olmaqla qəbul edə bilərsiniz. Bu müalicəvi qarışığı gündə üç dəfə, yeməkdən yarım saat əvvəl bir xörək qaşığı qəbul etmək lazımdır.
2-ci metodika: Soğan şirəsi və bal
3 stəkan soğan suyunu bir stəkan təbii balla qarışdırın. O gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul edilməlidir. Müalicəvi resept yalnız damarları təmizləmir, həm də immuniteti möhkəmləndirir.
3-ci metodika: Təbii şirələr
Hər gün nahara və şama yarım saat qalmış yarım stəkan nar şirəsi (kök və alma şirəsi də ola bilər) için. Mağazadan meyvə şirəsi alarkən təbii olmasına diqqət edin.
4-cü metodika: Atpıtrağı çayı
5 x.q. qurudulmuş atpıtrağı köklərinin üzərinə 1 l qaynar su töküb 8-10 saat termosda dəmlənyin, bundan sonra süzülür və soyuq yerdə saxlanılır. Bu faydalı qarışığı səhər yeməyindən yarım saat əvvəl 4 xörək qaşığı qəbul etmək lazımdır. Müalicə kursu bir aydır.
5-ci metodika: Faydalı məhsullar
Orqanizmin ümumi sağlamlığı və damarların təmizlənməsi üçün hər gün səhər yeməyindən yarım saat əvvəl bir mandarin, kişmiş və qoz yemək lazımdır. 15-20 dəqiqədən sonra bir stəkan ballı və limonlu su içmək tövsiyə edilir. Növbəti 10-15 dəqiqə sonra səhər yeməyinə başlaya bilərsiniz.
Orqanik.az