Banandan saç tökülməsinə qarşı belə istifadə edin

Banan güclü saçlar üçün faydalı maddələrlə zəngindir.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, banan yalnız tez və asan qəlyanaltı üçün deyil, həm də saçları gücləndirmək və sağlamlaşdırmaq üçün əla vasitədir. 

Onların nəmləndirici xüsusiyyətləri quru saça və dəriyə sahib insanlar üçün çox vacibdir.  Bananın tərkibində saç tökülməsinə qarşı effektiv olan qida maddələri də var.

Banan həm pəhriz məhsulu kimi, həm də pulpa və ya qabığını birbaşa saç diblərinə sürtməklə istifadə edilə bilər.

Lent.az xarici mətbuata istinadən saç tökülməsinin qarşısını alan və ya uzanmasına kömək edən bir neçə banan maskalarını təqdim edir:

Banan və kəsmik saç maskası

İki yetişmiş bananı pasta halına gətirənə qədər əzin və kəsmiklə qarışdırın. Daha sonra qarışığı saç diblərinizi tətbiq edin. Qarışığı həftədə iki dəfə baş dərinizə çəkin və 15 dəqiqə başınızda saxlayın.

Banan və avokado saç maskası

E vitamini və biotinlə zəngin avokadonu bananla qarışdıraraq pasta hazırlayın. Qarışığı baş dərinizə çəkin və 15-30 dəqiqə saxlayın. Daha sonra şampun ilə yuyun.

Banan və bal saç maskası

Bananı bal ilə qarışdırın. Saç diblərinizə sürtün. Bu maska saçların uzanmasına çox kömək edəcək. Qarışığı başınızda 15 dəqiqə saxlayın, sonra isə yuyun.

Banan və aloe saç maskası

Dilimlənmiş bananları yaxşı beta-karotin və vitamin mənbəyi olan aloe ilə qarışdıraraq pasta halına gətirin. Qarışığı saç dibinizə çəkin və 15-30 dəqiqə saxlayın.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.