Banan qabığı barədə yazılanları oxusanız siz də yediyini bananların qabığından istifadə edəcəksiniz. Dünyanın bir çox ölkələrində banan yeyilir. Son illərin araşdırmaları banan qabığının tərkibini açıqladıqca onun qabığından da qida kimi istifadə etməyə başlamışlar.
Araşdırmalar bananın qabığının artıq çəkidən xilas olmağa yardım etdiyini sübut etmişdir. Hətta bəzi dietoloqlar arıqlamaq istəyən xəstələrinə banan qabığı yeməyi tövsiyə edirlər. Banan qabığının tərkibi aşağıdakılarla zəngindir:
1. Banan qabığının tərkibində olan liflər həzm sistemini sürətləndirir və şəkərli diabet əmələ gəlməsinin arşısını alır. Bir banan qabığının 12%-ini liflər təşkil edir.
2. Bir banan qabığının tərkibində 17% C vitamini var. Bu da immun sistemin möhkəmlənməsinə yardım edir.
3. Bir banan qabığının 12%-də kalium var. Kalium hüceyrələrin inkişafını sürətləndirir.
4. Bir banan qabığının 8%-də maqnium var. Maqnium orqanizmdə enerjinin əmələ gəlməsində rol oynayır və qanda şəkərə, arterial təzyiqə nəzarət edir.
5. Banan qabığını içərisindəki pərdə ilə birlikdə yemək orqanizmə B6, B12 vitamininin daxil olmasına səbəb olur.
6. Banan qabığınım tərkibində çoxlu probiotiklər var ki, bunlar da həzm sisteminin normal getməsinə səbəb olur.
7. Yaşıl qabığın tərkibində olan maddələr orqanizmdə serotoninin və dofaminin artmasına səbəb olur. Onu yemək orqanizmin emosiyalarını yüksəldir.
Banan qabığını necə yeməli?
Banan qabığının tərkibində fitonutrienlər var. Bu da banan qabığının dadını kəskin edir.
Banan qabığı blenderdə üyüdülür və istənilən meyvə şirəsinə əlavə edilərək kokteyl şəklində içilir.
Banan qabığını qaynadıb çay əvəzinə içmək mümkündür.
Banan qabığını ət maşınında keçirib kartof poüresinə qarışdırıb yemək mümkündür.
Orqanik.az