Hər səhər acqarına və yatmazdan əvvəl darçın qarışdırılmış bal yemək orqanizm üçün çox faydalıdır. Bu qarışım ən kök adamın belə aqıqlamasına səbəb olur. Bu sağlam şəkildə arıqlama üsullarından biri hesab edilir. Nəticəni əldə eləmək üçün isə qarışımı davamlı olaraq içmək lazımdır. Arıqlamaq üçün balla darçın qarışımı aşağıdakı qaydada qəbul edilir:
1. Bir hissə darçın və iki hissə əsil bal qarışdırılır.
2. Fincana təzə qaynamış su tökülür.
3. Darçın suya əlavə edilir və fincanın qapağı örtülür.
4. Qarışım soyuduqda bal əlavə edilib qarışdırılır. Balı qaynar suya tökmək olmaz, çünki, bu zaman bal öz tərkibini dəyişir faydası azalır.
5. Qarışımın yarısı yatmazdan əvvəl içilir, qalan yarısı isə soyuducuda saxlanılır.
6. Səhər qarışımın soyuducuda qalan hissəsi otaq tempraturuna gələnə qədər isidilir və içilir.
Resepti odun üstündə isitmək və ya içərisinə başqa şey əlavə etmək olmaz. Qarışım acqarına və yatmazdan əvvəl qəbul edildikdə daha faydalı olur.
Bu üsulla arıqlamaq istəyənlər faydasını görüb. Balla darçın qarışımından istifadə etməklə ən çox da qarın və bel bölgəsinin piylərini əritmək mümkündür. Balla darçın qarışımı mədə və bağırsaqlarda olan və həzm prosesini ləngidən mikrobların və bakteriyaların da məhv olmasına səbəb olur. Balla darçın bağırsaqlardakı toksiki maddələrin xaric olmasına və pH balansının normallaşmasına səbəb olur.
Qarışım orqanizmi toksinlərdən xilas etməklə yanaşı qanda xolesterinin miqdarını azaldır, infarkt riskini aradan qaldırır. İstənilən nəticəni əldə etmək üçün isə qarışımı davamlı olaraq qəbul etmək lazımdır. Davamlı olaraq darçınlı bal qarışımında istifadə etməklə siz aşağıdakılara nail ola bilərsiniz. Qarışım aşağıdakı xəstəliklərin sağalmasına səbəb olur:
Ürək xəstəlikləri zamanı
Hər səhər çörəyin üstünə balsürtüb darçın səpərək yemək qanda xolesterinin miqdarını aşağısalmaqla arteriyaları təmizləyir, infarkt riskini aradan qaldırır, təkrar infarkt baş verməsinin qarşısını alır.
Zəiflik zamanı
Hər səhər acqarına darçınla balı soyuq suda qarışdırıb içmək insanın həyat enerjisini artırır və zəifliyini aradan qaldırır. Arzu edilən nəticəni əldə etmək üçün isə davamlı olaraq ən azı 15-20 gün qarışımdan istifadə etmək lazımdır.
Artrit zamanı
Artritdən əziyyət çəkən xəstələr 4-6 ay hər gün səhər bir stəkan iıq suya 2 çay qaşığı bal və 1 çay qaşığı darçın əlavə edib içsələr xroniki artrit əlamətləri aradan qalxar və xəstəlik sağalar. Bunu Kopenhagen Universitetinin mütəxəssislər 200 artrit xəstəsi üzərində apardıqları araşdırmaların nəticələrinə baxaraq təsdiq etmişlər. Araşdırmada iştirak edən 200 xəstənin 73-ü 10 gündən sonra ağrıların tamamilə aradan qalxdığını söyləmişlər. Qarışımdan uzun müddət istifadə edənlərin isə 110-u 6 ay sonra tamamilə sağalmışlar.
İmmunitetin azalması zamanı
Orqanizmin immuniteti aşağı düşdüyü zaman bal və darçın qarışımından istifadə etdikdə immunitet yüksəlir və orqanizmin xəstəliklərə qarşı müdafiə qüvvəsi artır.
Saçların tökülməsi zamanı
Saçların töküldüyü zaman bal, darçın və zeytun yağından hazırlanan maska saçların dibinə sürtülür və saçlar polietilen paket və isti dəsmalla sarınır. Maska qoyulduqdan 15 dəqiqə sonra yuyulub təmizlənir. Maskanı bir-neçə dəfə təkrarladıqdan sonra onun effektini görmək mümkündür.
Dəri xəstəlikləri zamanı
Balla darçını qarışdırıb dəriyə sürtməklə ekzema, göbələk və digər müxtəlif dəri infeksiyalarını sağaltmaq mümkündür.
Üzdəki sızanaqlar zamanı
Balla darçını qarışdırıb yatmazdan əvvəl üzə sürtüb, səhər ilıq su ilə yuduqda dəridəki sızanaqlar sağalır.
Həzm prosesində problem zamanı
Həzm prosesi pis getdiyi zaman yeməkdən əvvəl darçını suya qatıb içmək mədənin turşuluğunu azaldır və həzmi yaxşılaşdırır.
Orqanik.az