Yer kürəsi əhalisinin əksəriyyəti qurd və parazit xəstəliklərindən əziyyət çəkir. Hətta bu parazit və qurdların bəzi növləri vardır ki, onlar insan orqanizmində illərlə heç bir əlamət vermədən yaşayırlar. Bu helmentlər heç bir əlamət vermədiyi üçün insan özünü xəstə hesab etmir və paraziti müxtəlif vasitələrlə ətrafdakılarına yoluxdurur. Bunun baş verməməsi üçün isə hər bir kəs müayinə olunmalı və həkimlərin məsləhəti ilə bağırsaqlarındakı helmentlərdən xilas olmalıdır.
Bağırsaqları ev şəraitində helmentlərdən təmizləmək üçün müxtəlif vasitələr vardır. Bulardan ən təsirlilərindən biri isə soda ilə bağırsaqların təmizlənməsidir.
Soda bağırsaqlardakı parazitlərə necə təsir edir?
Soda bağırsaqların və orqanizmin turşuluq balansını neytrallaşdırır və bu zaman ödün ifrazını normallaşdırır. Ödün normal şəkildə axması isə turşulu mühitdə asanlıqla fəaliyyət göstrən askarid, lyamblya, enterebioz, stronqliodoz, teniarinxoz və bu kimi helmentlərin yaşamasını çətinləşdirir. Öd axınının artması hətta bu helmentlərin həyatına son qoya bilir. Klizma edən zaman bəzən sodalı su yoğun bağırsaqdan daxilə gedə bilmir. Bu səbəbdən də bağırsaqların sodalı su ilə yuyulması zamanı Esmarx alətindən istifadə edilməlidir. Bağırsaqları yuyan zaman sodalı su içməyin də faydası böyükdür. Çünki, bu zaman mədədən düz bağırsağa qədər bütün yollar sodalı su ilə yuyulmuş olur. Vaxtaşırı bağırsaqların soda ilə yuyulması nəinki, helmentlərin, hətta onların yumurtalarının xaric olunmasına səbəb olur. Sodalı su ilə mədə-bağırsaq sisteminin yuyulması burada olan zərərli maddələrin 70%-nin təmizlnməsinə səbəb olur. Bu maddələrə qida vasitəsilə orqanizmı daxil olan ekoloji toksiki maddələr aiddir. Sodalı su ilə bağırsaqların təmizlənməsi 3 mərhələdə aparılır:
1-ci etap
Bu zaman Esmarx fincan qaynadılmış isti duzlu su vasitəsilə aparılır. Bu imalə təmizləyici imalə sayılır. Bu zaman bağırsaqlardakı möhtəviyyat tamamilə boşaldırlır.
2-ci etap
Bu etap bağırsaqların soda ilə təmizlənməsi sayılır. Bağırsaqların soda ilə təmizlənməsi də Esmarx balonu ilə həyat keçirilir. Klizma 1-2 litr suda həll olunmuş 1-2 xörək qaşığı soda ilə aparılır. Bu zaman klizma balonu yatağa yaxın məsafədə hündürdən asılır və xəstə saş börü üstündə uzanır. Düz bağırsaq nahiyəsinə yumşalmaq məqsədi ilə az miqdarda yağ və ya krem sürtülür və şlankın ucundakı trubka bağırsağa yeridilir. Dərindən nəfəs alaraq şlankın düyməsi açılır və su buraxılır. Sodalı suyun daxilə rahat getməsi üçün arada bir dərindən nəfəs alınır. Suyun qarında 5-10 dəqiqə saxlanılması şərtdir.
Suyu hazırlamaq üçün 800 ml su qaynadılır və suyuduqda ona 1 xörək qaşığı soda əlavə olunur. Su 38-40*-yə qədər soyudulmalıdır.
3-cü etap
Bu etap ikinci təmizləyici imalə sayılır. Bu zaman qaynadılıb 40*-yə qədər soyumuş suya limon şirəsi və duz əlavə edilir. Parazitlərin tam xaric olunması üçün bu proseduru gün ərzində 8-10 dəfə eləmək lazımdır. İmalə edən zaman suyun tempraturunun isti olması bağırsaqların daha rahat təmizlənməsinə səbəb olur. Suyun soyuq olması isə kiçik çanaq orqanlarının soyuqlamasına və xəstələnməsinə səbəb ola bilir. Suyun bağırsaqlarda dövr eləməsi və bağırsaqlardan xaric olunması zamani isə ağrı hissiyyatı meydana çıxa bilir. Bu səbəblərə görə də diqqətli olmaq və ya imalə edə biləcək birindən kömək almaq məsləhət bilinir.
Yuxarıda qeyd edilən qaydada parazitlər əleyhinə imalə etmək zamanı əldə edilən nəticə çoxlarını şoka salıb. Bu təbii vasitəni siz də sınaqdan keçirin və faydasını görün.
Orqanik.az