Bağırsaq yaralarını bu pəhrizlə sağaltdı

Kron xəstəliyi dəqiq müalicəsi tapılmayan, bağırsqların kəskin iltihabi xəstəliyidir. Xroniki xəstəlik zamanı xəstənin bağırsaqlarının müxtəlif şöbələrində selikli qişa zədələnir, xoralar olur, bakterial mühit pozulur, daimi ishal, qarında ağrı, arıqlama, gündə 4-5-6 dəfə tualetə getmək kimi problemlər yaradır. Ciddi müalicələrdən sonra remissiya qısa müddətli olur, sonra hər şey yenidən başlayır.

Orqanik.az xəbər verir ki, ABŞ qastroenteroloqlar qrupu Kron xəstəliyinin uğurlu müalicəsində xüsusi dietanın effektivliyini sübut ediblər. Bunu onlar təsadüfən bir xəstənin təcrübəsində aşkarlayıblar.

Belə ki, 25 yaşlı siqaret çəkməyən və alkoqoldan uzaq Kron xəstəsi gənc kişi 3 il idi ki, bu xəstəlikdən müalicədə remissiya ala bilmirdi.

2 il sonra pasiyent qərara alır ki, 40 günlük dini bir oruc saxlasın. Bununla əlaqədar o, qidasından bütün heyvan mənşəli qidaları: ət, yağ, süd və s. çıxartdı. Eləcə də yarımfabrikat, fastfood və mağaza qidalarını da yemədi. Bu vaxta qədər onun qidası tipik amerikalı gənc kimi çörək, fastfood, ət, şirniyyatdan ibarət idi.

40 gün ərzində o, meyvə, tərəvəz, tam toxumlu qidalar, paxlalılarla qidalandı. 40 gün sonra onun bağırsağındakı yaraların tam sağaldığı aşkar olundu, xəstə hətta dərmanları da azaltdı. Həkimlər tam remissiya əldə olunduğunu təsdiqlədi. Artıq 2 il keçib və xəstədə təkrarlanma olmayıb.

Həkimlər hesab edir ki, bu fakt tam bitki tərkibli dieta və qidalanma ilə belə nəticə on minlərlə xəstəyə də sağalmaq ümidi verir və xəstələr bu dietanı sınaya bilərlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.