Bağırsaq xərçənginin ən çox yayılmış əlaməti nəcisə çıxarkən dəyişikliklərin olmasıdır.
Bağırsaq xərçənginin əsas əlamətlərini təqdim edirik:
– “Səbəbsiz” ishal və ya qəbzlik, ishal və qəbizliyin növbələşməsi;
– Bağırsaqların tamamən boşalmaması hissi və tez-tez tualetə getmək;
– Nəcisdə qan izləri;
– Tez-tez qaz sancısı, ağrılar, doluluq və ya şişkinlik hissi;
– Səbəbsiz çəki itirmək;
– Tez-tez özünü yorğun hiss etmək;
– Ürək bulanma və qusma.
Bu əlamətləri varsa, tez bir zamanda müayinə üçün həkimə getməlisiniz. Xərçəng xəstəliyi erkən vaxtlarda ağrıya səbəb olmur. Həkimə getmək üçün isə ağrını gözləmək olmaz.
Orqanik.az