ABŞ Taftsa Universitetinin mütəxəssisləri elmi araşdırmalarının nəticəsi olaraq elan ediblər ki, müxtəlif qida maddələri, BAD-lar, vitamin və mikroelementlər insan ömrünün uzanmasına təsir etmir.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, alimlər 20 yaşdan yuxarı 31000 amerikalını 1999-2010-cu illər ərzində analiz ediblər. Onlar ildə bir dəfə öz qidalanmaları və hansı əlavələri qəbul etmələri barədə suallara cavablar veriblər.
Daha sonra əldə olunmuş informasiya Ölüm barədə milli reyestrin statistik məlumatları ilə tutuşdurulub.
Məlum olub ki, vitaminlər, BAD-lar ömrü nə uzadır, nə qısaldır. Hətta insanın qocalmaya qədər ömrünə belə təsir etmir. Ümumiyyətlə, Bad-lar faktiki olaraq effekt vermir. İnsanın hər hansı vitaminə defisiti olsa belə, əlavə qida maddələri bu defisiti doldurmur.
Mineral və vitaminlər insan ömrünə o halda təsir edir ki, onlar orqanizmə təbii yolla, qida ilə daxil olsun.
Əgər insanın orqanizmində norma daxilində K, A vitamini, maqniy, sink varsa, onun ürək-damar tutmasında ölmə riski 25 % azalır.
Eləcə də kalsium və D vitamini əlavələri sağlamlıq üçün zərərlidir.
Araşdırmanın nəticələri bir daha sübut edib ki, reklam olunan populyar BAD-lar faydalı, müxtəlif çeşidli, təbii qidalanmanı əvəz edə bilməz.
Orqanik.az