Bəşəriyyətin ən böyük bəlası

Narkomaniya və onun insanlıq üçün bir bəla olması barədə uzun illərdir ki, kifayət qədər yazılar yazılıb. Lakin bütün bunlara baxmayaraq bu problem nəinki azalır, hətta artır. Narkomaniya artıq bəşəriyyətin bəlasına çevrilib.
Tarixə baxanda narkomaniyanın sadəcə müasir dövrün və ya bir-neçə əsrin bəlası deyil bütün bəşəriyyətin bəlası olduğu nəzərə çarpır.
Narkomaniyanın tarixi çox qədimlərə gedib çıxır. Narkotik maddələr barədə eramızdan əvvəl həkimlərin yazmış olduqları kitablarda da rast gəlmək olur. Qədimdə həkimlər ağrıkəsici kimi xaşxaş qozasından alınan, tiryəkdən hazırlanmış dərmanlarla xəstələrin ağrılarını kəsmək üçün istifadə etmişlər. Tiryəkdən hazırlanmış dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntını götürmək, pozulmuş əsəb sistemini bərpa etmək üçün istifadə etmişlər. Uyuşduruculara XVIII əsrin əvvəllərində narkotik adı verilmişdir.
Narkotiklərin Opiatlar, Amfetaminlər, Hallüsinogenlər, Kokain, Çətənə kimi növləri var.
Son illər Avropa və Amerikanın bir sıra dövlətlərində yeni sintetık narkotik növünün istehsal olunması barədə məlumatlar var. Flakka adlanan bu sintetik narkotik çox güclü təsirə malikdir. Flakka cüzi bir miqdarda qəbul edildikdə güclü eyforiya, qızışma, hallüsinasiya yaradır. Flakkadan az artıq doza qəbul etdikdə ürəkdə ciddi problemlərə, aqressiyaya, psixoza, paranoyaya, həyacanlı sayıqlamaya, həyat üçün təhlükəli aritmiyalara səbəb ola bilir.
Rəsmi statistik məlumatlara görə Azərbaycanda 17000 nəfər qeydiyyatdan keçmiş narkoman var və buna aludə olanların əksəriyyəti gənclərdir.
Narkomaniya ilə mübarizə təkcə narkoman və onun ailəsinin mübarzəsi deyil, bütün bir cəmiyyətin mübarizəsidir. Yanlız birlikdə, əlaqəli və planlaşdırılmış mübarizə nəticəsində bu böyük bəlanın qarşısını almaq olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.