Bədən hərarəti nədir?

Bədən temperaturunun normal temperaturun üzərinə çıxmasına bədən hərarəti adlanır. Ümumiyyətlə makatdan ölçülən normal bədən temperaturu 36.4 – 37.6 C, qoltuq altından ölçülən normal temperatur isə 36.5-37.0 C olaraq qəbul edilir.

Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arsında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00- 06:00 arasında olur. Bədən hərarəti ağızdan, makatdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.

Bədən temperaturunun 37 C-nin üzərində olduğu zaman bədən hərarətinin yüksək olmasından bəhs edilir. Qoltuq altı temperaturu 37-37.5 C arası , 37.6-37.9 C arası az bədən hərarəti, 38-38.5 C arası orta dərəcədə çox bədən hərarəti, 38.5-39.5 C arası çəx bədən hərarəti, 40 C-nin üzərində isə çox yüksək çox yüksək bədən hərarətidir. Qoltuqaltından təyin edilən bədən hərarəti ölçüləri makatdan götürülən ölçülərə görə 10 C daha aşağıdır.

Bədən hərarətini müəyyən etmədə ən doğru ölçü metodu termometrdən (dərəcə) istifadə etməkdir. Əl təması ilə bədən hərarətinin ölçülməsi nisbi olub, həmçinin göstərilən şəraitə görə yanılmalara səbəb ola bilər.

Bədən temperaturu ölçümündə istifadə olunan termometrlər

Civəli Termometrlər: İstifadədən əvvəl civə səviyyəsinə nəzarət edilir əgər civə səviyyəsi yüksək isə silkələyərək azaldılır.
Klassik olaraq uşaqlarda bədən hərarəti 4 yaşa qədər makatdan ölçülür. Bu üsul ən ideal olanıdır. 380 C-dən çox hallarda bədən hərarətinin olduğu qəbul edilir. Makatda yara varsa və ya bu ərazidə əməliyyat keçirilibsə, bu ərazi istifadəyə yararsızdır. 1-2 Yaşından sonra əgər uşaq etiraz edirsə, ona hörmət edilərək digər tərəflərdən ölçü aparılır.

Makatdan ölçmək üçün uşaq yan yatırılaraq civəli makat termometrinin ucu sonuna qədər qoyularaq 3 dəqiqə gözlənilir. Sonra çıxarılır beləliklə, civə parlaqlığı səviyyəsi görülmüş olur. Civəli termometrlərin qoltuqaltı tipləri ilə asan oxunan daha böyük növləri də mövcuddur. Çox kiçik vaxtından qabaq doğulmuş uşaqlarda bədən hərarəti ölçmə işi rektal olaraq tətbiq etmək olmaz. Böyük uşaqlarda bədən hərarəti ölçmə isə qoltuqaltı və qasıq bölgəsindən həyata keçirilir .

Civəli termometrlər yerə salınarsa və istifadə zamanı qırıla bilər bu görə səliqəli istifadə edilməlidir.

Elektron – Rəqəmli Termometrlər: Civəli termometrlərə ən yaxşı alternativ olan rəqəmsal termometrlər son illərdə olduqca geniş istifadə edilir. Civəli termometrlərə nisbətən davamlı olmaları səbəbi ilə zərbələrə dayanıqlı və yerə düşdüyü zaman qırılmama, giriş və ölçüm sonunda səsli xəbərdarlıq verə bilmə və avtomatik olaraq bağlanma kimi xüsusiyyətləri var. Rahat oxunan, bütün bədən hərarəti ölçülə bilən yerlərdə tətbiq olunan bu termometrlərin istifadələri asandır.
Qulaq Termometrləri: Timpanik infrared emissiya təhqiqatçı, pratik və anında nəticə alınan termometrlərdir. Bu termometrlərin istifadəsində filtrlərini tez-tez dəyişdirmək və ölçüm məsafəsini yaxşı tənzimləmək lazımdır.
Lent Şəklində Termometrlər: Bədən, alın, əl biləyi kimi yerlərə tətbiq edilərək istifadə edilə bilər. Oxunması asan lakin istifadəsi geniş olmayan termometrlərdir.

Nəyə görə bədən hərarəti artır?
Bəzi bakteriya və virusların ifraz etdiyi maddələr və ya özləri, bədənimizə xəbərdarlıq edərək bəzi bədən maddələrinin artmasına yol açır. Bu maddələr də beynimizə təsir edərək bədən hərarətinin artmasına səbəb olur.

Bədən hərarətinin yüksəlməsi orqanizmdə nələrə yol açır?
Bədən hərarətinin yüksəlməsi zamanı titrəmə, əl və ayaqlardakı damarlarda müvəqqəti daralmağa bağlı olaraq əllər və ayaqlarda soyuma kimi əlamətlər ortaya çıxır.

Bədən hərarəti 6 ay-6 yaş arası uşaqlarda narahatçılığa yol açır; Həmçinin uşaqlarda sayıqlama, hallyusinasiya kimi təsirlər göstərir.

Bədən temperaturunun yüksək olduğu hallar ilə necə mübarizə edə bilərik?
1. Dərmanlar: Parasetamol, ibuprofen

2. Soyuk tətbiqi

Dərmanlar:

Ən geniş istifadə edilən dərman parasetamoldur. Yan təsirləri olduqca az və etibarlı bir dərmandır.Dozu isə 4-6 saatda bir kiloqram başına 10-15 mg.dır. Gündəlik doza kiloqram başına 60 mg.ı keçməməlidir.

Burada əhəmiyyətli olan dərmanın tərkibindəki parasetamolun neçə milliqram olmasıdır. Bu səbəblə dərmanın neçə milliqram olduğunu mütləq oxuyun.

Bədən hərarəti aşağı düşmür isə 4 saatda bir verilə bilər.

Xəbərdarlıq:
Uşaqlar üçün mövcud olan və gripal hallarda istifadə edilən bəzi dərmanların içində parasetamoldan əlavə olaraq uşağın yaşına görə diqqətli istifadə olunmalıdır cünki tərkibində başqa maddələr də var. Bu dərmanlardan istifadə edərkən, içindəki parasetamol dozası da hesablanmalı və gündəlik doza keçilmədən digər hərarəti aşağı salan dərmanlar ona görə verilməlidir.

İbuprofen: Qısa müddətli istifadələrdə yan təsiri aşağı olan bir dərmandır. Doza hər 6-8 saatda bir kiloqram başına 5-10 milliqram. Gündə ən çox 4 dəfə, qeyd edilən dozalarda vermək olar.

Salisilatlar (Aspirin): Uşaqlara verilməsi məsləhət görülməyən bir dərmandır.

Soyuq Tətbiqi: Bu tətbiq bədən hərarətinin azaldılmasında dərmanlara yardımçı olur. Bədən səthi geniş olduğu üçün kiçik uşaqlarda, bədən hərarətini aşağı salmaq üçün təsirli bir metoddur.Hamam suyu temperaturu 30 – 32 C olmalıdır. Buzlu su, ya da çox soyuq suya üstünlük verilməz. Hamam suyuna spirt əlavə olunmaz.

Bir başqa üsul də yaş dəsmallarla bədən hərarətinə nəzarət edib tez-tez ölçərək bədən hərarətinin gedişini izləməkdir.

Bədən temperaturası yüksək olan uşağın olduğu mühitin temperaturu 21-22 C arasında saxlanılmalıdır.

Uşağınızın bədən hərarəti yüksək isə üstündəki geyimləri çıxardın; Uyğun dozada hərarəti aşağı salan dərman verin və soyuq tətbiqi edin.Bədən hərarəti yüksələrkən titrəmə olduğu üçün, uşağınızın üstünü örtməyin.

Bədən hərarəti yüksək olan uşağa nələr edilməməlidir?

Alkoqol və sirkə ilə bədəni silmək

Üşümək qorxusu ilə geyimlərini çıxarmamaq və daha çox geyindirmək

Çox isti və ya çox soyuq içkilər vermək

Səhv bədən temperaturu aşağı salan dərmanlardan istifadə etmək- Həddindən artıq dozada və ya əksik dozada dərman istifadə etmək – Uyğun zamanda qızdırma əleyhinə dərmanlardan istifadə etməmək.

12 yaş altındakı uşaqlarda virus infeksiyalar olduğu zaman həkimlə məsləhətləşmədən dərman istifadə etmək.

Fövqəladə hallar:
Qızdırması yüksələn uşaqlarda və xüsusən uşaqlarda aşağıdakı əlamətlərdən bir və ya bir neçəsi qızdırmaya müşayiət edirsə, vaxt itirmədən həkimə getməlidir. Çünki ciddi bir xəstəliyin də əlaməti ola bilən qızdırmaya aşağıdakı əlamətlər də əlavə edilə bilər;

Qızdırma xüsusilə 2 yaş altındakı uşaqlarda rastlanırsa (3 aydan kiçik uşaqlarda qızdırma, çox ciddi infeksiya əlaməti ola bilər. Bu səbəblə ilk bədən hərarətini aşağı salan dərmanı verdikdən dərhal sonra ən yaxın sağlamlıq ocağına müraciət edin.)
Bədən hərarəti körpələrdə və uşaqlarda 40 C-nin üzərində görülürsə və aşağı salına bilinmirsə
Körpə və uşaqlarda ağlama, inləmə və toxunduqda narahatçılıq varsa
Qızdırma ilə birlikdə yuxuya meyillilik varsa və çətin yuxudan ayılırsa
Cilddə bənövşəyi maddələr əmələ gəlirsə
Özünü bilmirsə və ya sayıqlayırsa
Çətin nəfəs alıb vermə başlayırsa
Udma çətinliyi çəkilirsə
Ümumi görünüşdə pisləşmə varsa
Boyun hissəsində kəskinləşmə varsa
Davamlı qusma, ishal olarsa

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.