Onkoloq Andrey Vorobyov bədənin üç bölgəsindəki küt ağrı prostat xərçəngindən xəbər verdirdiyini bildirdi.
Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, prostat xərçəngi kişilər arasında ən çox rast gəlinən xərçəng növüdür. Bu, həyatı boyu təxminən hər səkkiz kişidən birinə təsir göstərir.
Hər hansı bir xəstəlikdə olduğu kimi, prostat xərçənginin əlamətlərini nə qədər tez aşkar etsəniz, bir o qədər tez müalicə edə bilərsiniz.
Daha çox 50 yaşdan yuxarı kişilərə təsir edir və yaşlandıqca risk artır. Bir çox kişilərdə həqiqətən müalicə tələb etməyən və çox təhlükəsiz şəkildə izlənilə bilən prostat xərçəngi növü var.
Baxmayaraq ki, bəzilərində müdaxilə tələb edən bir xəstəlikdir.
Digər simptomları isə daha tez-tez sidiyə getmə, xüsusən də gecələr, sidik kisəsinin tam boşalmadığını hiss etmək, idrar edərkən zəif axın, ani sidiyə getmə ehtiyacı, bəzən tualetə getməzdən əvvəl sidik sızması ola bilər.
Bu simptomlar əsasən bütün kişilərdə yaşlandıqca baş verən prostatın normal qeyri-xərçəng böyüməsi ilə əlaqədardır. Lakin başqa səbəbin olmadığından əmin olmaq üçün testlər lazımdır.
Əgər xərçəng ətrafa yayılıbsa məsələn, bud və çanaq sümüklərinə, bu zaman həmin bölgədə kəskin ağrı hissi ola bilər.
Yuxarıda sadalanan sidik ifrazat simptomlarından hər hansı birini hiss edilərsə və ya sidik ifrazat vərdişlərində hər hansı digər dəyişiklik müşahidə olunarsa, mümkün qədər tez həkimə müraciət etmək lazımdır.
Orqanik.az