Azərbaycanda şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların sayı açıqlanıb.
Respublika Endokrinoloji Mərkəzin baş həkimi Babək Salek Qənnadi jurnalistlərə açıqlamasında ötən ilin sonu üçün ölkədə 1 856 uşağın qeydiyyata alındığını deyib.
Onun sözlərinə görə, bu say hazırda 2 000-i keçib: “Həmin uşaqların 1 100-ü Respublika Endokrinologiya Mərkəzində, qalanları isə rayon xəstəxanalarında qeydiyyatdadır. Həmin uşaqlar insulinlə təmin olunur”.
Orqanik.az