Az yeyən kimi tez doymaq, mədədə tıxanma hissi… – Xərçəng əlaməti ola bilər

Yemək zamanı çox tez toxluq hissi mədə xərçənginin əlaməti ola bilər. Bundan başqa iştahsızlıq da xəstəliyin gözlənilməz simptomlarındandır.

Orqanik.az bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edib.

Onların sözlərinə görə, yenitörəmə həmçinin mədə qıcqırması, turşu reflyuksu, ürəkbulanma, həzmsizlik, yorğunluq və qarın ağrısına səbəb ola bilər.

Mütəxəssislər daha bir həyəcan verici əlamət olaraq mədənin yuxarı hissəsində bir ağırlıq və yeməyi udmaq istəyərkən narahatlığı göstərirlər.

“Simptomlar dəyişirsə, pisləşirsə və ya özünüzü normal hiss etmirsinizsə, ümumi həkim müayinəsindən keçmək vacibdir”, – deyə həkimlər vurğulayıblar.

Xərçəng riskini minimuma endirmək mümkündür. Bunun üçün çəkiyə nəzarət etmək, alkoqollu içkilərdən sui-istifadə etməmək, duz, qırmızı və işlənmiş ətin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Lakin qeyd edək ki, sadalanan simptomlar mədə bağırsağın digər onlarla xəstəliyində, hətta mədədə problem olmasa da nevroloji, psixoloiji səbəblərdən, stresdən ola bilər. Ona görə istənilən simptomda iıl növbədə mədə zondla yoxlanmalıdır. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.