Ayaqlarda ağrılar müxtəlif patoloji xəstəliklər zamanı meydana gələ bilir. Ayaq ağrıları aşağıdakı zamanlarda baş verir:
* osteoxondroz
* onurğanın şiş xəstəlikləri
* onurğanın yırtığı
* diskin sürüşmələri
* vena damarlarında baş verən patologiyalar
* arteriyalarda baş verən patologiyalar
* qığırdaq toxumanın xəstəlikləri
Ayaqlarda əmələ gələn ağrılar diz və daban nahiyələrdə olduqda hissəbi olur və hərəkətə mane olur. Digər xəstəliklər səbəbindən baş verdikdə isə bütün ayaq boyu irradiasiya edir. Bu cür ağrıya onurğa səbəbindən baş verən ayaq ağrılarında rast gəlinir. Ayaqlarda əmələ gələn damar səbəbli ağrılar ayağı daxilindən ağrıdır və əzabverici olur.
Ayaqların əzələ toxumasında baş verən iltihabi xəstəlik də (miozit)ağrılara səbəb ola bilir. Bəzən sümüklərin iltihabi xəstəliyi (osteomielit) aşağı ətraflarda ağrılara səbəb ola bilir. Bu zaman kəskin və sakitləşməyən ağrılar müşahidə edilir. Ağrıyan nahiyə isə sinirlər yox sümüklər olur. Bu zaman ayağın dərisində qzartılar, xəstədə tempratur, ayaqlarda şişkinlik müşahidə edilir.
Mütəxəssislər hər hansı səbəbdən baş verməsinə baxmayaraq 3 gün və ondan çox ayağı ağrayan adama həkimə müraciət etməyi məsləhət bilir. Mütəxəssislər ayaqlarında aşağıdakı əlamətlər müşahidə olunan insanları da həkimə müraciət etməyi tövsiyə edir:
* ayaqlar soyuq olduqda
* ayağların taqəti zəiflədikdə
* ayaqlarda qəfil meyada çıxan ağrılar zamanı
* ayaqlarda 3 gün və ondan artıq baş verən ağrılar zamanı
* ayaqlarda göyərmələr və qızartılar baş verdikdə
* travmalar səbəbli ayaqlarda meydana gələn zədələnmələr zamanı
Ayaqlarında müxtəlif xəstəliklər olan adamlarda aşağıdakı şikayətlər olur:
* ağrılar
* üşümə
* əzələ atrofiyası
* qarışqa gəzmə hissiyyatı
* ayaqlarda keyləşmə
* qəfil baş verən ağrılar( sinir xəstəlikləri səbəbi)
* uzun müddət sızıldayıcı ağrılar( iltihabi xəstəliklər səbəbli)
* ayaqlarda qıcolma pristupları
* ayaqlarda yanğı hissi
Orqanik.az