Ayaq göbələyini belə müalicə edin

Göbələk xəstəliyi bədənin müxtəlif bölgələrində xüsusən ayaqlarda yaranan yoluxucu xəstəlikdir. Bu infeksiya dəridə qızartı, qaşınma, iltihab və şişliyə səbəb ola bilər.

Orqanik.az Axşam.az-a istinadən ayaqda yaranan göbələyi müalicə edən bir neçə təbii qarışımı təqdim edir.

Alma sirkəsi

Qaba bir az su və 1 stəkan alma sirkəsi əlavə edib qarışdırın və ayaqlarınızı bir müddət bu suda saxlayın. Həmçinin, alma sirkəsini pambıq vasitəsilə göbələk olan nahiyəyə çəkə bilərsiniz. 1 saat gözləyin və adi su ilə yuyun.

Düyü unu və alma sirkəsi

Düyü ununu alma sirkəsi ilə məcun halına gələnə qədər qarışdırın. Göbələk olan dırnaqlara bu maskanı çəkib bir müddət gözlədikdən sonra yuyun. Bunu 2 həftə ərzində müntəzəm olaraq tətbiq edin.

Karbonat

Yarım stəkan suya bir az karbonat əlavə edib qarışdırın. Göbələk olan bölgəyə çəkib 10 dəqiqə saxlayın, sonra isti su ilə yuyun. Bunu hər gün etməlisiniz.

Kəklikotu yağı və zeytun yağı

Bir neçə damcı ağrıkəsici, antibakterial, antiviral, antiseptik, göbələk və parazit əleyhinə olan kəklikotu yağı ilə zeytun yağı qarışdırın. Qarışımı həmin nahiyələrə çəkib 1 saat saxlayın, sonra su ilə yuyun.

Sarımsaq və zeytun yağı

Zeytun yağını doğranmış sarımsaq əlavə edib isidin. Soyudulmuş yağı pambıqla zədələnmiş nahiyəyə çəkin və bir müddət sonra yuyun. Bunu hər gün müntəzəm olaraq edin.

Limon və zeytun yağı

Eyni miqdarda limon suyunu zeytun yağı ilə qarışdırın. Pambıqla göbələk olan dırnaqlara çəkin. Bir müddət saxladıqdan sonra ilıq su ilə yuyun.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.