Ayaq dərisinə qulluq

Buynuz təbəqənin daha tez inkişaf etməsinə görə ayaqların dərisi də tez quru olur, daban hissədə isə qalınlaşır. Məhz buna görə də ayaqların dərisinə qulluq edilməsi əl və üz dərisinə qulluq edilməsi qədər vacibdir.

Ayaqlara kompleks qulluq edilməsinin ən effektiv və xoşagələn prosedurası – isti vannadır. Təmizləmə prosedurası üçün hər 1 litr suya 1-2 çay qaşığı soda və 1 xörək qaşığı duş geli qarışdırılır və ayaqlar 15-20 dəqiqə ərzində bu suda qalır. Ayaqlara tonuslandırıcı vanna edilməsi üçün bir ovuc dəniz duzunu 3 litr ilıq suda həll etmək lazımdır. Ayaqlarda şişkinlik və yorğunluq olduqda, ot dəmləmələri ilə olan vannalar (çobanyastığı, kalendula, gicitkən, dazıotu çiçəklərinin hər birindən 2 xörək qaşığı 2 litr su ilə dəmlənir), həmçinin kontrast vannaların (növbə ilə ayaqları 5 dəqiqə isti və 5 dəqiqə soyuq suda saxlamaq) qəbul edilməsi xeyirlidir. Vannadan sonra ayaqlara ayaq üçün xüsusi krem vurmaq lazımdır. Krem ayaqlara yalnız aşağıdan yuxarıya doğru olan hərəkətlərlə vurulur. Həftədə 1 dəfədən az olmayaraq dabanlarda olan artıq dərini xüsusi yonucu (“pilka”) və skrabın köməyi ilə təmizləmək lazımdır.

Əgər sizi ayaqların artıq dərəcədə tərləməsi narahat edirsə, bundan xilas olmaq üçün şam ağacının iynəyarpaqları, palıd qabığı, tozağacı, adaçayı və lavanda yarpaqlarından hazırlanan dəmləmələrdən istifadə etməklə ayaq vannaları qəbul etmək olar. Vannaları 10-15 dəqiqə ərzində hər axşam yatmamışdan əvvəl etmək lazımdır. Sonra ayaqları dəsmalla qurutmaq və talk və ya uşaq üçün olan səpmə toz (“prisıpka”) vurmaq lazımdır. Həmçinin evdən çıxmamışdan qabaq ayaqlara və ayaqqabıların içərisinə iyi yox edən və tərləmənin qarşısını alan xüsusi sprey-dezodorant vurmaq məsləhətdir. Ayaqların tərləməsi zamanı mütləq həkim-dermatoloqa müraciət edin.

Yaxşı pedikür ayaqlara qulluğun mühüm hissəsi hesab edilir. Ayaq dırnaqlarını, onların dərinin içərisinə girməsinin qarşısını almaq üçün, dairəvi formada kəsmək olmaz, onları yalnız düz xətt boyunca kəsmək lazımdır. Manikür kimi, pedikür də kəsilən (kutikulanın kəsilməsi ilə) və kəsilməyən olur. Kəsilməyən pedikürdə kutikulanın üzərinə onu əridən xüsusi kosmetik vasitə vurulur. Pedikürün bu üsulu daha təhlükəsizdir. Əgər siz salonda pedikür etdirirsinizsə, alətlərin sterilizasiya olub-olmamasına xüsusi diqqət yetirin ki, qanla keçən qorxulu infeksiyalardan (hepatitlər, QİÇS) qorunmalı olasınız. Bu alətlər hər kliyentdən (!) sonra avtoklav adlanan xüsusi aparatda sterilizasiya olunmalıdır. Amma yaxşısı budur ki, özünüzə ayrıca pedikür üçün lazım olan alətləri alasınız.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.