Qüsursuz və hamar ayaqlara sahib olmaq hər bir qadının arzusudur.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz pilinq ilə ayaqlarınız qüsursuz görünəcək.
Lazım olanlar:
2 x. q yulaf əzməsi,
1 x.q şəkər tozu,
1 x.q qatıq
1 x.q portağal qabığı rəndəsi
Bütün ərzaqları qarışdırın. Krem halına gəldikdə ayaqlarınızı yüngülcə ovun. Daha sonra isti su ilə yaxalayın. Bu pilinqi həftədə bir dəfə etsəniz, qısa zaman sonra fərqi hiss edəcəksiniz.
Orqanik.az