Koronavirusun “omikron” ştammı Avropada COVID pandemiyasına son qoya bilər.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge bildirib.
“Çox güman ki, bölgə pandemiyanın sonuna yaxınlaşır”, deyə ÜST rəsmisi bəyan edib.
Qeyd edək ki, Cənubi Afrikada aşkar olunan ştamm yüksək yolxuculuğu ilə seçilir və əksər ölkələrdə yoluxma sayının kəskin artmasına səbəb olub.
Orqanik.az