Autoimmun hepatit

Autoimmun hepatit xəstəliyi xəstələrin çoxunda qəfil başlayır. Bu zaman xəstələrdə aşağıdakı əlamətlər başlayır:
-zəiflik
-arıqlama
-sidiyin tündləşməsi
Xəstəlik qara ciyərə xas olmayan təzahürlərlə başlayır. Xəstələrdə uzun zaman qızdırma, revmatoid artrit, revmatizm əlamatləri olur. Gecikmiş mərhələlərdə xəstəliyin əlamətləri şaxələnir. Xəstənin qızdırması yüksəlir, dəridə sarılıq əlamətləri artır, polinevropatiya əlamətləri olur, qarında ağrı və s. baş verir. Belə xəstələr artıq çəkiyə meyiili olurlar.
Autoimmun hepatit xəstələrində sarılıq əlaməti daimi olur, xəstəlik kəskinləşəndə daha da artır. Çox vaxt xəstənin dərisində *damar ulduzcuqları* olur, qarın və bud nahiyələrində qırmızı şırımlar meydana gəlir.Xəstələrin əksəriyyətində qara ciyər böyüyür bərkiyir, palpasiyada ağrılı olur. Xəstələrin bəzilərində dalaq boyümüş olur. Autoimmun hepatit xəstəliyi orqanizmdə bir çox sistemlərin fəaliyyətini korlayır. Xəstəlik daxili orqanların, serroz boşluqların (miokardit, perikardit, yaralı kolit, qlomerulonefrit, qalxanvari vəzin zədələnməsi, şəkərli diabet, hemolitik anemiya, nevroloji patologiyalar) zədələnmələri ilə keçir. Xəstəliyin qaraciyərdən kənar ən çox rast gəlinən patologiyası artralgiyadır ki, prosesə aşağı və yuxarı ətrafları qoşur. Xəstəlik dəridə xüsusi hüdudlara malik ləkələr salır və bu ləkələr itmir.
Autoimmun hepatiti olan xəstələrdə endokrin sistemdə də pozğunluqlar müşahidə olunur. Bunlar aşağıdakılardır:
-amenoreya
-hirsutizm
-striyalar
-ginekomastiya və s.
Autoimmun hepatitli xəstələrin çoxunda xəstəliyin ilkin əlamətlərindən sonuncu mərhələyə qədər xəstəliyin fasiləsiz gedişi müəyyən olunur, remissiya olmur.
DİAQNOZU: Diaqnoz qoyulduqda xəstəliyin etioloji faktoru, aktivlik dərəcəsi, morfoloji fazası nəzərə alınır. Qanda eritrositlərin çökmə sürətinin artması, trombositioeniyaya və leykasistopeniyaya meyillilik müşahidə olunur, hiper qammaqlobulinemiya və ALT aktivliyinin 5-10 dəfə artması hepatitin yüksək aktivliyinə dəlalət edir.
MÜALİCƏSİ: Pəhriz əsas şərtdir. Xəstəliyin aktiv mərhələsində yataq rejimi tövsiyə olunur. Fiziki və psixi gərgiklikdən uzaq olmaq məsləhət görülür. Xəstəyə isti prosedurlar təyin olunur, vaksinasiya edilir. Zülallı, karbohidratlı, keyfiyyətli qidalar məsləhət görülür. Əsas müalicəni hepatoloq təyin edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.