Rusiyalı həkimlər artrozun müalicəsində inqilabi kəşf ediblər.
Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, artrozdan dağılmış oynağı əməliyyat etmək əvəzinə innovativ metod təklif ediblər.
Belə ki, onlar artroza qarşı reniy adlı onkoloji xəstəliklərin müalicəsində istifadə edilən preparatın effektiv olduğunu sübut ediblər.
Moskvanın Radiologiya institutunun mütəxəssisləri 4-cü dərəcə diz artrozu xəstəsi olan Tatyana Nikolaynanın üzərində bu terapiyanı aparıblar.
“Biz oynağın daxilinə reniy 1988 əsaslı preparatı yeridirik. Reniy izotop tərkibli radiofarmdır. Ondan xərçəng hüceyrələrinin məhv edilməsi üçün istifadə olunur. Elmi tədqiqat zamanı bizim əməkdaşlar müşahidə ediblər ki, reniy iltihabi prosesi də əla müalicə edir.
Artroz xəstəliyində iltihab oynaq qığırdağını və toxuma hüceyrələrini məhv edir. Xəstələr ağrı çəkir, daha sonra əlil olur.
Bu müalicə prosesi narkoz tələb etmir, heç bir əlavə reabilitasiyaya ehtiyac yoxdur, xəstəni əməliyyat edib süni oynaq qoymağa gərək yoxdur.
Radionuklidlər iltihab hüceyrələrini öldürür, iltihabın qarşısını alır. Preparatın təsiri 17 saat çəkir. Pasiyent üçün əlavə təsirsiz və təhlükəsizdir”.
Orqanik.az