Artıq çəkilərdən qurtulmağın başlıca üsulu buna səbəb olan yağlardan qurtulmaqdır. Gün ərzində qəbul edilən yanlış qidalar isə həmin yağları bəsləyərək daha da çəki almağınıza səbəb ola bilər.
Orqanik.az Axşam.az-a istinadən istehlak etdikcə yağları əridən, artıq çəkilərdən qurtulmağa yardımçı olan qidaları təqdim edir.
1. Alma sirkəsi
Alma sirkəsi şəkərə olan istəyi azaldır və arıqlamağa kömək edir. Yeməkdən əvvəl bir qaşıq alma sirkəsi içmək toxluq hissi verir və daha çox yemək yeməyin qarşısını alır. Lakin sirkə turşulu maddə olduğundan ondan sonra su içmək məsləhətdir.
2. Sümük suyu
Sümük suyu tərkibindəki amin turşuları sayəsində əzələlərin parçalanmasının qarşısını alır, maddələr mübadiləsi sürətini artırır və bədəninizin toksinlərdən təmizlənməsinə kömək edir.
3. Acı bibər
Bədən temperaturunu artırmaqla artıq yağları yandırmağa kömək edir, bədənin enerji səviyyəsini artırır.
4. Kokos yağı
Bu yağ çəkini azaltmağa və bədəndəki digər yağları yandırmağa kömək edir.
5. Kefir:
Həftə ərzində azı 3 dəfə bu qidanı istehlak etmək arıqlamağa yardımçı olacaq. Eyni zamanda kefir infeksiyalarla mübarizə aparaq orqanizmin sağlamlığını qoruyur.
Orqanik.az