Arteriya damarları ilə artıq miqdarda qanın orqan və toxumalara gətirilməsi nəticəsində həmin nahiyyələrdə qanın miqdarının artmasına arterial hiperemiya deyilir. Arterial hiperemiya əksər hallarda yerli xarakter daşıyır. Sindrom xarici mühitin amillərindən baş verə bilir. Arterial hiperemiyanın bütün növləri fizioloji və patoloji olmaqla 2 hissəyə ayrılır.
Fizioloji arterial hiperemiya orqan və toxumaların fəaliyyətinin artması nəticəsində meydana çıxır. Adi fiziki və qıcıqlandırıcı vasitələrin köməyi ilə də arterial hiperemiya baş verir. Bu qıcıqlanmalara massaj, soyuq və istinin təsiri, ultrabənövşəşəyi şüalanma və s. aiddir.
Patoloji arterial hiperemiyanın bir-neçə növü vardır:
1. Angionevrotik hiperemiya.
Damargenəldici sinirlərin tonusunun yüksəlməsi və damardaraldıcı sinirlərin fəaliyyətinin zəifləməsi nəticəsində yaranır.
2. Postanemik hiperemiya.
Arteriyların sıxılmasına səbəb olan qəflətən aradan qaldırıldıqda əmələ gəlir. Bədən boşluqlarına toplanmış maye boşaldılan zaman postanemik hiperemiya əmələ gəlir. Belə hallarda damarlar genişlənir və qanla dolur. Bu zaman sürətlə genişlənən və qanla dolan arteriyaların divarları zədələnə bilər.
3. Kollateral hiperemiya.
Arteriyanın mənfəzi tutulduqda və ya xaricdən sıxıldıqda, onun proksimal hissəsindən ayrılan şaxələr reflektor yolla genişlənir və qanla dolu olur.
4. Vakat hiperemiya.
Bu hiperemiya bədən səthinə düşən təzyiqin azalması nəticəsində əmələ gəlir.
5. İltihab hiperemiyası.
İltihabi proseslərin patogenezində əsas mərhələlərindən biridir.
6. Arteriovenoz anostomzlarla əlaqədar olan arterial hiperemiya.
Bu hiperemiyada arteriyalarla venalar eyni zamanda yaralandıqda, arterial qan anastomozlar vasitəsilə venalara daxil olur və bədənin müvafiq hissəsində arterial hiperemiyanın əlamətləri meydana çıxır.
Orqanik.az