Arıqlıq

• Xoşagəlməz psixososioloji əhatə

• Az qidalanma

• Bağırsaq parazitləri

• Vərəm

Xoşagəlməz psixososioloji əhatə:  uşağın anası  ilə ayrılması, valideyn sevgisindən məhrum olması, onun təbii ehtiyaclarına laqeydlik, sahibsizlik və s, kimi hallardan baş verən emosional hiss məhrumiyyətidir. Belə halda hətta dəyərli kifayyətli qidalanmasına  baxmayaraq  uşağın iştahası pis ola bilər. Yaxud qəbul olunmuş qida pis həzm oluna  və mənimsənilə bilər.

Yardım: psixoloji vəziyyəti dəyişmək.
 

Az qidalanma: böyümənin  və inkişafın ləngiməsi və arıqlama hər şeydən əvvəl pis qidalanmadan yaranır. Yemək lazımi qədər kalorilı olmalı və əsas qida maddələri (zülallar, yağlar, karbohidratlar) ilə tarazlaşdırılmalıdır. Məsələn əgər iki yaşlı uşaq yalnız süd ilə qidalanırsa onda o normal miqdarda zülal və böyümə üçün az kalori qazanır. Uşağın ləng böyüməsinin səbəbini iştahasının pis olmasını və ya lazımi qədər qida qəbuluna  baxmayaraq, onun çəki  artıra bilməməsini və hətta arıqlamasını aydınlaşdırmaq lazımdır.

Yardım: uşağın düzgün qidalanması məqsədilə məsləhət almaq üçün həkimə müraəiət etmək lazımdır. Fiziki inkişafdan geri qalan uşaqlar üçün qədim çin təbabəti resepti təklif etmək olar: 30 qram biyan kökünü qızardıb, toz halına salıb, balla qarışdırıb qarğıdalı dəni boyda kürəciklər düzəltmək. Gündə iki dəfə 5 kürəcik qəbul etmək.

Bağırsaq parazitləri: askarid və lentşəkilli qurdlarla yoluxmuş uşaq, adətən “Qurd” iştahası  olmasına baxmayaraq, öz yaşına uyğun normal çəki və boya malik olmur. Belə uşaqlarda arıqlıqdan başqa qarında köp və ağrı, ürəkbulanma, ishal, qan azlığı , qıcıqlanma və əsəbilik müşahidə edilir. Qurdlar haqqında daha geniş məlumat “Qarında ağrılar” bölməsində verilir.

Vərəm : arıqlıq bəzən gizli inkişaf edən vərəmin yeganə əlaməti ola bilər. Bu halda üşaq pis yeyir, tez yorulur, bəzən qızdırması olur. Lakin xəstəlik tədricən, gizli getdiyinə görə başlanğıcda valideynlərdə o qədər narahatlıq yaratmır.

Yardım: yuxarıda göstərilən əlamətlərlə yanaşı qeyd olunan  arıqlıq  əsas verir ki, uşağı ləngitmədən sahə  uşaq həkiminə göstərəsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.